Şrift:
Böyük Çin Səddi uzanıb
08.06.2012 [15:50] - Hadisə
Yeni araşdırmalara görə Çin Səddi 2,5 dəfə daha böyükdür

Çin tədqiqatçıları Böyük Çin Səddinin yenidən ölçüblər. Buna səbəb artıq bir neçə on illdir ki, Böyük Çin Səddinin ölçülərinə dair şübhələrin yaranması olub. Son araşdırmalarda müəyyən olunub ki, əslində sədd son vaxtlara qədər qəbul olunan ölçülərdən 2,5 dəfə böyükdür.

Uzunluğu 8850 km qəbul olunan Çin Səddi son 15 ildə aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar və ölçmələr əsasında tarixi abidənin əslində 21196 kilometr 18 metr olduğu üzə çıxıb.

Qeyd edək ki, bəşər tarixində insan əlilə yaradılmış bu heyrətamiz yadigar ən böyük tikili hesab olunur. Çinlilərin Vanli Çançen adlandırdıqları Böyük Çin səddi ilk dəfə e.ə. 220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək uzadılıb.

Tikintisində əsas məqsədin ölkəni şimaldan gələn köçəri tayfaların hücumlarından qorumaq olan bu abidə 1987-ci ildən UNESCO tərəfindən mühafizə edilən abidələr sırasına daxil edilib.
Bu xəbər oxucular tərəfindən 3006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed