29.11.2017 [10:57] - Xəbərlər, Türk dünyası-Turan
Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Türk dünyasında mənəvi yenilənmə: Tarix, şüur, şəxsiyyət” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans çərçivəsində türkdilli dövlətlər və xalqlar arasında elmi-sosioloji tədqiqatların keçirilməsini nəzərdə tutan “Türk barometri” layihəsi və aparılmış ilk tədqiqatın nəticələri təqdim olunub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən geniş nümayəndə heyətlərinin qatıldıqları toplantıda bildirilib ki, “Тürk barometri” Avropa İttifaqının “Avrobarometr” tədqiqat proqramı və dünyanın digər regionlarında aparılan “Afrobarometr”, “Latınbarometr” kimi araşdırmalara bənzər bir layihədir.
“Türk barometri”ni yaratmaqda əsas məqsəd türkdilli dövlətlərin vətəndaşlarının Türk Şurası tərəfindən aparılan inteqrasiya proseslərinə sosial reaksiyalarını, iqtisadi və mədəni aspektlərdən düşüncələrini araşdırmaqdır. Eyni zamanda, layihə bu ölkələrin əsas sosial və iqtisadi göstəricilərini ölçmək, xalqlar arasında əməkdaşlıq üçün əlverişli kəsişmə nöqtələrini müəyyən etmək niyyəti güdür.
Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi ilk tədqiqatın nəticələrini təqdim edən sosioloq Botagöz Rakişeva birinci sosial araşdırmanın Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın paytaxt sakinləri arasında keçirildiyini qeyd edib. Araşdırma zamanı ölkələrin hər birindən 500 nəfər 60-dan çox sualı cavablandırıb. Sorğuda “Türk ölkələrinin mədəniyyətini nə qədər tanıyırsınız?”, “Türk dünyasının elm, mədəniyyət, incəsənət və idman sahələrində ən tanınmış nümayəndələri kimlərdir?”, “Türk dünyasında ən nüfuzlu şəxsiyyətlər kimlərdir?”, “Türk dünyasındakı xəbərləri hansı mənbələrdən alırsınız?” kimi suallar yer alıb.
Qeyd edək ki, “Türk barometri” türkdilli ölkələrdə sistemli olaraq altı ayda bir və ya ildə bir dəfə sorğu üsulu ilə keçiriləcək. Araşdırmada 18 yaşına çatmış hər kəs iştirak edə bilər. “Türk barometri” layihəsi gələcəkdə türkdilli dövlətlər arasında sosial araşdırmaların daimi bazasını təşkil edəcək.
İlahə Əhmədova

Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |