Şrift:
Almaniyada Azərbaycanlı aktivist Almaniya prezidenti Joachim Gauck ilə görüşüb
08.06.2012 [16:15] - Diaspor
Görüş İyunun 5-6 təşkil olunmuş “Ətraf mühitə həsr olunmuş həftə” adlı tədbir çərçivəsində baş tutub.

Bu haqda görüşün iştirakcısı Berlin Frei Universitet ve Potsdam Universitetionin magistri Rəksanə Civişova bildirib.

”Prezident Joachim Gauck məni rəsmi otağın qəbul etdi. Prezident ölkəmizlə və mənim fəaliyyətim, işlərimlə maraqlandı. Söhbət çox səmimi abu-havada oldu.Sonra J. Gauck Azərbaycandan danışdı, Almaniyanın bütün istiqamətlərdə, istər iqtisadi-siyasi, istərsə də mədəni sahədə Azərbaycanla əməkdaşlığa önəm verildiyini deyərək, əsasən prezident Avroviziya müsabiqəsinə toxunaraq və Bakının gözəlliyindən, Avroviziya keçirildiyi “Kristall Hall” da möhtəşəmliyini qeyd edib. Sonda gənclərin, xüsusilə qadınların cəmiyyətdə aktiv olmalarının mühim olduğunu vurğulayan Joachim Gauck mənə ictimai işlərimdə uğurlar arzuladığını bildirib”-deyə, Rəqsanə Civişova vurğulayıb.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed