29.11.2017 [13:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlər hesab edir ki, Yaqlandın ikili standartlara söykənən qərəzli mövqeyi Avropada dəstəklənməyəcək
Ukraynanın ərazisinə hərbi müdaxilə elədiyinə və Krım yarımadasını işğal etdiyinə görə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətini sözügedən qurumda səsvermə hüququndan məhrum edib. Buna cavab olaraq, rəsmi Moskva da 2016-cı ildən nümayəndə heyətinin AŞ PA-da akkreditasiyası üçün sənəd təqdim etməyib. Eyni zamanda Rusiya, nümayəndə heyətinin səlahiyyətləri bərpa olunanadək, AŞ büdcəsinə vəsait köçürülməsini dayandırıb. Beləliklə də AŞ-nin əsas maliyyə ödəyicilərindən biri sayılan Rusiya sözügedən qurumun pulunu kəsib. Bu hadisədən sonra AŞ baş katibi Torbyorn Yaqland Rusiyanın AŞ-dan çıxmasının neqativ addım olduğunu, bu ölkənin quruma üzvlüyünün həm ruslar, həm də Avropa üçün vacib olduğunu bəyan edib. T.Yaqland xarici mətbuata müsahibəsində onu da əlavə edib ki, AŞ Rusiya əleyhinə sanksiyaların ləğv edilməsi məsələsini nəzərdən keçirir. Onun sözlərinə görə, qurum belə bir qərarı Rusiyanın təşkilatdan çıxmaq ehtimalı ilə əlaqələndirib. "Rusiya qurumdan çıxsa, bu, Avropa üçün neqativ hadisə olar. Çünki onda Avropa Rusiyasız qalacaq. Bu da Avropa üçün geriyə böyük bir addım deməkdir”, - deyə o qeyd edib. Yaqland onu da bildirib ki, bu halda 140 milyon rusiyalı Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüququnu itirmiş olacaq.
Təbii ki, rəsmi Kiyev baş katib T.Yaqlandın Rusiyanın AŞ-də səs hüququnun bərpası barədə bəyanatına dərhal münasibət bildirib. Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mayana Betsa deyib ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilmədən Rusiya nümayəndə heyətinin AŞPA-ya qayıtması beynəlxalq hüquqa ziddir. Lakin bütün bu etirazlara baxmayaraq, demokratik prinsipləri deyil, təmsil olunduğu qurumun maliyyə maraqlarını düşünən baş katib T.Yaqland Rusiya əleyhinə sanksiyaların ləğv edilməsi üçün israrını davam etdirməkdədir. Baş verən hadisələr fonunda T.Yaqlandın işğala məruz qalan Azərbaycana qərəzli münasibət sərgiləməsi də diqqət çəkir. Ermənistan tərəfindən 20 faiz ərazisi işğal olunan, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkünə çevrilən Azərbaycanın vəziyyəti T.Yaqlandı narahat etmir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlının mülkiyyət və yaşamaq hüququnun pozulmasını, minlərlə dinc insanımızın qətlə yetirilməsini görməzdən gələn T.Yaqland guya ki, "demokratik prinsipləri” əldə rəhbər tutaraq, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) icra edilməyən qərarları ilə bağlı Azərbaycanın AŞ-dən çıxarılmasını gündəmə gətirir. Belə bir niyyəti ifadə edən baş katib 10 milyonluq əhalinin AİHM-ə müraciət imkanından məhrum ola biləcəyini heç düşünmür də. Beləliklə, AŞ-nin baş katibi faktiki ayrı-seçkilik edir, "ikili standart” yanaşması sərgiləyir.
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında deyib ki, Azərbaycana qarşı ikili standartların tətbiqi ilk hal deyil. Onun sözlərinə görə, bəzi ölkələrə qarşı hər hansı hüquq pozuntusu baş verən kimi, beynəlxalq qurumlar dərhal onun müdafiəçisinə çevrilir, həmin dövlətin ərazi bütövlüyü, suverenliyi dəstəklənir, birmənalı münasibət ortaya qoyulur. Lakin 30 ilə yaxındır ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunan, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkünə çevrilən Azərbaycana eyni münasibət sərgilənmir: "Bunun nəticəsidir ki, işğal prosesi indi də Ermənistan tərəfindən davam etdirilir, işğala məruz qalan ərazilərdəki maddi-mədəni, təbii sərvətlər talanır. Vaxtilə orada yaşayan azərbaycanlıların mülkiyyət hüquqları ən kobud şəkildə pozulur. Di gəl ki, beynəlxalq qurumlar, böyük dövlətlər işğalçı Ermənistana hər hansı sanksiya tətbiq etməkdə maraqlı görünmürlər. Hər dəfə bəhanə edirlər ki, bu sanksiyaların tətbiqi üçün hər hansı mexanizm yoxdur. Ancaq BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi mexanizmi, yəni, BMT Nizamnaməsinin 7-ci bəndi, 45-48-ci paraqrafları imkan verir ki, bu qətnamələrin həyata keçirilməsi üçün dövlətlərə hərbi və qeyri-hərbi sanksiyalar tətbiq edilsin. Təəssüflər olsun ki, indiyə qədər işğalçı Ermənistana belə bir sanksiyalar tətbiq olunmur. Rusiyaya gəldikdə isə, postsovet məkanındakı bütün münaqişələrin səbəbkarı bu ölkədir. Bunun müqabilində beynəlxalq qurumlar Rusiyaya qarşı ciddi, sərt sanksiyalar tətbiq etmək əvəzinə, yumşaq mövqedən çıxış edirlər. Bu, həmin qurumların öz mənafelərinə uyğun olan manevr imkanları əldə etməsinə hesablanıb. Göründüyü kimi, insan hüquqlarının qorunması, demokratiya kimi bəşəri dəyərlərin müdafiəsi, bu istiqamətdə çağırışlar onlar üçün sözdən başqa bir şey deyil. Onlar öz maraqlarını hər şeydən üstün tuturlar”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, T.Yaqlandın fikri subyektivdir, onun özünə məxsusdur. Politoloqun fikrincə, AŞ-də yüzlərlə deputat var və onlar hər hansı məsələyə öz fərdi münasibətini bildirir, səsvermə yolu ilə qərarlar qəbul edirlər: "Baş katib Yaqlandın nə isə söyləməsi heç də o demək deyil ki, onlar mütləq baş verəcək. İstənilən məsələ səsverməyə çıxarılır və səsə qoyularaq qəbul edilir. İnanmıram ki, avropalı deputatlar Ukrayna amilini, Krımın Rusiya tərəfindən işğalını nəzərə almadan Yaqlandın təklifinə, istəyinə dəstək versinlər. Bununla belə, Yaqlandın qeyd edilən fikirləri dilə gətirməsi ondan xəbər verir ki, baş katib Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Halbuki, Rusiya Krımı işğal edib, Luqansk və Donetskdə separatçılara dəstək verir, Gürcüstanı parçalayır və sair. Əgər məqsəd dialoq mühiti yaratmaq və konfliktləri qan tökmədən, dinc danışıqlar yolu ilə həll etməkdirsə, bunu alqışlamaq olar. Azərbaycanın timsalında da biz arzulayırıq ki, hər hansı fikir ayrılığı, müəyyən məsələlər varsa, dialoq yolu ilə həllini tapsın, müzakirələr aparılsın”.
Politoloq deyib ki, Azərbaycanla təzyiq dili ilə danışmaq heç bir halda doğru seçim deyil: "Bir dövlətin işğalçılığına göz yumub onu bağışlamağa çalışmaq, işğala məruz qalan başqa bir dövlətə isə təzyiq göstərmək doğru deyil və bərabərhüquqlu yanaşma sayıla bilməz. Rusiyaya sırf işğalçılığına görə sanksiya tətbiq olunub. Amma Azərbaycan heç kimin torpağını işğal etməyib, əksinə, işğala məruz qalıb. Belə olan halda, Rusiyaya tətbiq edilən sanksiyaları aradan qaldırmaq, Azərbaycana isə sanksiyalar tətbiq etmək heç bir halda ədalətli qərar hesab oluna bilməz. Yaqlandın ölkəmizə cəza tətbiq etmək təklifinin Avropada dəstək qazanacağına inanmıram”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |