30.11.2017 [10:36] - Gündəm, Hadisə
Niderlandın Haaqa şəhərində keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalın iclasında məhkəmə qərarı elan olunan zaman buna etiraz olaraq zəhər içən xorvatiyalı general Slobodan Pralyak ölüb.
Həkimlərin səylərinə baxmayaraq, generalın həyatını xilas etmək mümkün olmayıb.
Onun içdiyi zəhərin güclü təsirə malik olduğu bildirilib.
Qeyd edək ki, noyabrın 29-da Haaqada hərbi cinayətlərə görə məhkum edilmiş S.Pralyak və başqa beş Bosniya xorvatının şikayətinə baxılıb. 2013-cü ildə məhkəmənin qərarı ilə S.Pralyak 20 il həbs cəzasına məhkum edilmişdi. Bosniya xorvatlarının lideri Yadranko Prliç isə 25 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, S.Pralyak və Y.Prliç 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaradılan tanınmamış Hertseq-Bosna Xorvat Respublikasının liderləri olublar. Onlar bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli biliniblər.

Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |