30.11.2017 [10:48] - Hüquq
İran əsilli türk milyarderi Rza Zərrab Nyu-Yorkda keçirilən məhkəmə zamanı Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qızıl ilə bağlı razılığa köməklik göstərməsi üçün rüşvət verdiyini bəyan edib. R. Zərrab keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan 45-50 milyon avro rüşvət verdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl iş adamı Rza Zərrab günahını etiraf edib və istintaqla əməkdaşlığa razılıq verib.
Eyni zamanda, Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir Mehmet Hakan Atillanın işində vacib şahid sayılır. Həbs edilmiş milyarder qeyd edib ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.

Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |