30.11.2017 [11:04] - Sağlıq
Azərbaycan Tibb Universitetində professor Çingiz Rəhimovun rəhbərlik etdiyi alim və mütəxəssislər qrupu rekonstruktiv cərrahiyyədə ən müasir rəqəmli texnologiyaların istifadəsi metodları işləyib hazırlayır.
Universitetin mətbuat xidməti xəbər verir ki, Azərbaycan cərrahları həmin metodla dünya təcrübəsində ilk dəfə olaraq virtual reallıq eynəkləri ilə üzün bərpası əməliyyatı aparıblar.
Həmin metodika paralel olaraq ABŞ, Çin və digər ölkələrdə də sınaqdan çıxarılır. Yeni üsulun üstünlüyü ondan ibarətdir ki, cərrahi əməliyyatı daha dəqiq aparmağa, onun davametmə müddətini xeyli azaltmağa, toxumaların zədələnməsini minimuma endirməyə, eləcə də yüksək funksional və estetik nəticələrin əldə edilməsinə imkan verir.

Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |