Şrift:
İtaliyanın şimalında 4,5 gücündə zəlzələ baş verib
09.06.2012 [13:00] - Gündəm, Hadisə
Şənbə günü səhər İtaliyanın şimalında yerləşən Veneto və Friuli-Venesiya-Culiya vilayətlərində 4,5 gücündə zəlzələ baş verib. Bu barədə RİA Novosti agentliyi Agi agentliyinə istinadən xəbər verir.
Yeraltı təkanlar İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitununu seysmoloqları tərəfindən şənbə günü yerli vaxtla səhər saat 04.04-də qeydə alınıb. Onun episentri Friuli-Venesiya-Culiya vilayətində yerləşən Klaut şəhərciyi yaxınlığında 7,1 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların hiss olunduğu yaşayış məntəqələrinin bir çox sakinləri qorxu içində küçələrə qaçıblar.Tələfat və dağıntı barədə məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 1417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed