Şrift:
Ombudsman MTN-in istintaq təcridxanasına baxış keçirib
09.06.2012 [13:09] - Gündəm, Hüquq
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına baxış keçirib. Ombudsman orada saxlanılan şəxslərlə görüşüb, onların saxlanma şəraiti və vəziyyətini araşdırıb.
Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü verilən məlumata görə, söhbət zamanı həmin şəxslər tutulma zamanı heç bir zorakılığa məruz qalmadıqlarını, istintaq təcridxanasında saxlanma şəraiti və burada onlara qarşı rəftarla bağlı şikayətlərinin olmadığını, vaxtlı-vaxtında qida ilə təmin edildiklərini, müvafiq rejim üzrə gəzintiyə çıxarıldıqlarını bildiriblər.
Eyni zamanda, istintaq təcridxanasının tibb məntəqəsinə baxış keçirilib, məntəqənin müasir tibbi avadanlıq və dərman preparatları ilə təchiz olunduğu müəyyən edilib.
Ərzaq anbarına baxış zamanı buradakı ərzaq məhsullarının keyfiyyətli, saxlanılma şəraitinin və istifadə müddətinin yararlı olduğu aşkarlanıb.
Təcridxananın kitabxanasının ədəbiyyatla təmin olunduğu və saxlanılan şəxslərin kitabxana fondundan istifadə etdikləri müəyyən edilib.
Bu xəbər oxucular tərəfindən 1414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed