Şrift:
Yaponiyada kimyəvi zavodda partlayış olub, xəsarət alanlar var
01.12.2017 [10:55] - Hadisə
Yaponiyada kimyəvi zavodda partlayış olub.
Bu barədə "Kyodo" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Fudzi şəhərində qeydə alınıb. Partlayışdan sonra yanğın baş verib. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
Kimyəvi zavodun yaxınlığındakı ərazinin sakinlərinə evlərini tərk etmək məsləhət görülüb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed