01.12.2017 [11:06] - Türk dünyası-Turan
Noyabrın 30-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.
Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində apardığı işlər barədə danışıb. Günay Əfəndiyeva Fondun üzv dövlətlərindən biri olan Türkiyənin türk dünyasının ayrılmaz parçası olduğunu söyləyib.
O, Prezident İlham Əliyevin Fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladığını qeyd edib və bunun əsasında Fond üçün Bakı şəhərinin mərkəzində inzibati binanın ayrıldığını, burada təmir-bərpa işlərinin aparıldığını deyib.
Mövlud Çavuşoğlu bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətə başladığı qısa müddət ərzində beynəlxalq aləmdə türk dünyasını uğurla təmsil edir. Nazir, eyni zamanda, türk mədəniyyətinin qorunması, gələcək nəslə ötürülməsi istiqamətində Fondun əvəzsiz rolunu vurğulayıb, bu istiqamətdə Türkiyənin hər zaman qurumun yanında olduğunu və onu gələcəkdə də dəstəkləyəcəyini söyləyib.
Günay Əfəndiyeva Türkiyə Respublikasının UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etməsi münasibətilə Mövlud Çavuşoğlunu təbrik edib və bu hadisənin yalnız Türkiyə üçün deyil, ümumilikdə türk dünyası üçün əhəmiyyətli olduğunu bildirib. Mövlud Çavuşoğlu Türkiyənin UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etməsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun da dəstəyinin olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Günay Əfəndiyeva Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd edib və Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğuna görə təşəkkür edib.
Nazir, öz növbəsində, iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha bəyan edib.
Sonda tərəflər arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |