01.12.2017 [11:41] - Qərbi Azərbaycan-İrəvan
1918-1919-cu illərdə bolşevik-daşnak birləşmələri Azərbaycanın hər yerində - Bakıda, Qarabağda, Zəngəzurda, Vedidə, İrəvanda və s. mahallarda yerli əhaliyə qarşı amansız münasibət göstərir, kəndləri odlara qalayır, sakinlərini isə gülləyə dizirdilər. Belə bir vəziyyətdə yeni qurulan Azərbaycan Cümhuriyyəti bu insanların ümid çırağına çevrilmişdi. Cümhuriyyət hökumətinə, onun parlamentinə məktub yazaraq dərdələrini bildirir və kömək istəyirdilər. Belə məktublardan birini də İrəvanın müsəlmanları tərəfindən 4 yanvar 1919-cu ildə Azərbaycan parlamentinin rəisinə ünvanlanır. Həmin məktub 1919-cu il yanvarın 8-də parlamentin yeddinci iclasında oxunur:
“Azərbaycan parlamenti rəisinin hüzurinə İrəvan quberniyası müsəlmanlarının zeyldə imzaları mündəric nümayəndələrindən ərzi-hal.
1917 sənəsi dekabrdan 1918 sənəsi iyuna qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən iki yüzdən ziyadə müsəlman kəndləri atəşə tutulub tar-mar olub, bunların əhalisi isə qismən qətl, qismən də dağlara qaçıb buralarda səvuq və aclıqdan tələf olmuşlar. İrəvan quberniyasının müsəlmanlar ilə tamamən məskun qəzaları ki, ibarət ola bütün Sürməlidən, İrəvan, İçmiyədzin, Şərur və Naxçıvan qəzalarının bəzi hissələrindən Osmanlı ordusu tərəfindən işğal olunduqdan sonra burasında yaşayan ermənilər yeni təşkil olunmuş erməni Cumhuriyyətinin dairəsinə hicrət etmişlər. Digər tərəfdən osmanlılar işğal etdikləri mahallarda da 100 minə qədər müsəlman İrəvan quberniyasının başqa yerlərindən köçmüşlər. Bunları da hicrətə 80 ziyadə müsəlman kəndlərini atəşə tutub talan edən ermənilər məcbur etmişlər. Bu münval ilə burasında sırf müsəlmanlar ilə məskun 500 min əhali havi bir məhəl törəmiş, müstəqil bir hala düşdükdən sonra da bu müsəlmanlar burada kəndlilərinə bir hökumət təşkil etməyə də müvəffəq olmuşlar isə də kəndlilərinin həmişə Azərbaycanın ayrılmaz bir parçası ədd edilmək ilə bərabər və bunu ancaq arzu edirlər ki, gələcəkləri və taleləri ümum sülh konfransında həll olancaya qədər təhti-asayişdə yaşamalarına mane olmasınlar.
Əlyom erməni qoşunları Sürməli qəzasını təmamən, İrəvan, Şərur və İçmiyədzin qəzalarının müsəlmanlar ilə məskun mahalını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yürüşlərdə bərabər yerli müsəlmanları qismən kəsib, qismən köylərindən çıxarıb İrana hicrət etmək məcburiyyətinə salırlar. Belə suirəftardan müsəlmanların təmanən tələf və məhv olması şübhə xaricində müsəddiq bir şeydir. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş mahallara Osmanlı Ermənistanından zar etmiş erməniləri köçürürlər.
İrəvan quberniyasının bəzi mahallarının təmamilə müsəlmanlar ilə məskun olduğu bu mahalların tarixən və başqa şərait üzrə Azərbaycanın ayrılmaz hissəsi ədd olunmasını nəzərə alıb və məcburən bu mahalları müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlərinin oturmağı xilaf və ziddi-qanun hesab edərək bu mahallar məsələsini qəti surətdə həllini sülh konfransına buraxaraq bu imzaları zilrdə mündəric İrəvan müsəlmanları nümayəndələri cənabi rəisi zati alilərinizdən İrəvan müsəlmanları mövcudinin mühafizəsi üçün lazım gələn tədabir ittixaz etmənizi rica ediriz.
4 yanvar 1919.
İmzalar: Parlament üzvü Teymur bəy Makinski, parlament üzvü Məhərrəmov, parlament üzvü Əkbərağa Şeyxülislamov, Rəşid bəy İsmayılov, Ə.Makinski, Yusif Tahirov, A.Sultanov, Paşa bəy.”
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 2305 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |