Şrift:
Aleks Miller: “İsrail-Azərbaycan Assosiasiyası ictimai diplomatiya üçün unikal vasitədir”
09.06.2012 [13:45] - Siyasət
Biz çox istərdik ki, Azərbaycan Təl-Əvivdə səfirlik açsın, amma eyni zamanda vəziyyətin incəliyini də başa düşürük.
Bu barədə İsrail Knessetinin komitə sədri, “Azİz” İsrail-Azərbaycan Assosiasiyasının yeni seçilmiş prezidenti Aleks Miller deyib.


O bildirib ki, İsrail-Azərbaycan Assosiasiyası ictimai diplomatiya üçün unikal vasitədir.

“Belə böyük və mehriban icma ilə işləmək rahat və olduqca xoşdur. Bundan çıxış edib deyə bilərəm ki, Azərbaycan İsraildə on minlərlə səfirə malikdir. Mən bu potensialdan yalnız iki ölkə parlamentlərini yaxınlaşdırılması üçün deyil, həmçinin iqtisadi əlaqələrin inkişafı üçün istifadə etmək niyyətindəyəm”.

A.Miller deyib ki, “Azİz” 5 ildir fəaliyyət göstərir, amma iki ölkə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollara çatıb.

“Əlbəttə, bu, yalnız bizim təşkilatın fəaliyyətinə görə deyil, lakin tendensiya da göz önündədir.

Biz Azərbaycanda, eyni zamanda İsraildə biznes qurmaq istəyən iş adamları ilə görüşməyi nəzərdə tutmuşuq. Bu məsələdə onlara bütün mümkün kömək göstərəcəyik”.
Bu xəbər oxucular tərəfindən 1404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed