Şrift:
Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının yeddinci plenar iclası keçiriləcək
02.12.2017 [10:48] - Xəbərlər, Türk dünyası-Turan
Dekabrın 8-də Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yeddinci plenar iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan parlamenti-Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə TürkPA-nın üzvü olan ölkələrin parlament sədrlərinin iştirakı nəzərdə turulur.

İclasda müşahidəçi kimi Macarıstan parlamenti sədrinin müavini iştirak edəcək. Qurumun fəaliyyəti müddətində Özbəkistan və Türkmənistan TürkPA-nın iclasına qonaq kimi qatılacaq.

İclasda TürkPA-nın gələcək fəaliyyəti, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, genişləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Tədbirin yekununda birgə Bəyannamənin qəbul ediləcəyi gözlənilir.

İclasda TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.

Tədbir çərçivəsində Qırğızıstan parlamentinin sədri Dastanbek Cumabekovun Azərbaycan, Qazaxıstan, Türkiyə, Macarıstan və Özbəkistan parlamentlərinin sədrləri ilə görüşləri gözlənilir.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed