Şrift:
Tallində Azərbaycan Günü keçirilib
02.12.2017 [11:09] - Gündəm, Diaspor
Tallin şəhərində Estoniya və Azərbaycan respublikalarının müstəqilliklərinin 100 illiyi münasibətilə Azərbaycan Günü keçirilib.

Tədbir Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin (EAMM) və Estoniya İnteqrasiya Fondunun dəstəyi ilə təşkil olunub.

EAMM-nin sədri Niyazi Hacıyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

“Orhan” həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva gimnaziyanın şagird və pedaqoji heyətini Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış edib, tamaşaçılara ölkəmiz haqqında slaydlar və video süjetlər təqdim edib.

Sonra Estoniyada yaşayan xalçaçı-rəssam Rövşən Quliyevin ustad dərsi keçirilib.

“Orhan” həftəsonu məktəbinin rəqs dərnəyinin şagirdlərinin ifasında “Qaytağı” rəqsi təqdim edildikdən sonra şagirdlərə Azərbaycan rəqsinin bəzi elementləri öyrədilib.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed