09.06.2012 [15:31] - Güney Azərbaycan xəbərləri
İran İslam Respublikasının (Cümhuriyyət) Məşhəd şəhərinə səfər etmiş soydaşlarımızın orda yerləşən İmam Rza Ziyarətgahınnın muzeyindən çəkdiyi fotolar diqqəti çəkir. Bu fotolarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsindən sonra yaradılmış qondarma “Artsax” (“Dağlıq Qarabağ Respublikası”) rejiminə aid pullar muzeydə nümayişə qoyulub.
Ən maraqlı fakt (gərçək) isə, ondan ibarətdir ki, muzeydə “eksponat”ların (nümayiş olunanlar) qarşısındakı informaisya bölümündə “Artsax”ın SSRİ (Şurəvi) dövründə də mövcud olduğu yazılır.
İranın dövlət yeri sayılan bir muzeydə separatçı (bölücü) rejimə aid hər hansı əşyanın nümayiş etdirilməsi faktı, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı vecsizlik sayıla bilər. Hər il yüz minlərlə insanın ziyarət etdiyi Məşhəd şəhərində belə bir halın mövcud olması, təbii olaraq, qarşımızda bir sual doğurur: İran bütün dünya dövlətləri və beynəlxalq təşkilatların tanımadığı qondarma və separatçı rejimin təbliğatı ilə məşğuldur?
Məsələ ilə bağlı İran İslam Respublikasının Azərbaycanda olan səfirliyi ilə bir neçə dəfə əlaqə saxlanılıb və suallar səsləndirrilib. Ancaq səfirliyin münasibətini öyrənmək cəhdləri boşa çıxıb.
Məsələ ilə bağlı tarix elmləri doktoru, professor Cəmil Həsənlinin fikirləri də öyrənilib.
Cəmil Həsənli həmin muzeydəki materiallarla tanış olmasa da, belə bir halın mövcudluğunu beynəlxalq hüquq normalarına zidd addım kimi qiymətləndirdi.
O, dövlət qurumu olmadan belə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir dövlətin ərazisində hər hansı şəkildə belə bir faktın olmasının düzgün olmadığını vurğuladı: “Ümumiyyətlə, İran bir çox beynəlxalq təşkilatın üzvü olmadığından, bir çox incə məqamlarda vecsizlik edir. Məsələn, İran beynəlxalq “Copyright” Təşkilatının üzvü deyil. Buna görə də, İranda zənn edirlər ki, kimin ağlına nə gəldi edə bilər”.
Cəmil Həsənli oxşar təxribat faktlarının İranda indiyədək çox rastlandığını dilə gətirib: “Şübhəsiz ki, ermənilərin İranda təsir dairələri genişdir, əlaqələri yaxşıdır. Lakin bizim də hüququmuz var ki, məsələyə münasibət bildirək və bu təxribatın aradan qaldırılmasına nail olaq. Hesab edirəm ki, bu məsələ dövlət səviyyəsində araşdırılmalı və təxribat faktı aradan qaldırılmalıdır”.

Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |