Şrift:
Beynəlxalq Əlillər Günü münasibətilə Ucarda tədbir keçirilib
04.12.2017 [10:32] - Gündəm, Bildiriş
Beynəlxalq Əlillər Günü münasibətilə Ucar Rayon İcra Hakimiyyətində müxtəlif kateqoriyalardan olan əlillərlə görüş keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva görüşdə əlillərə göstərilən dövlət qayğısından danışıb, bölgədə yaşayan əlillərin sosial müdafiəsi ilə bağlı görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Bildirilib ki, son illər ərzində 13 nəfər Qarabağ müharibəsi əlili üçün dövlət vəsaiti hesabına fərdi ev tikilib, hazırda isə daha 3 nəfər əlil üçün evin inşası davam edir. Ümumiyyətlə, rayonda 29 nəfər Qarabağ müharibəsi əlili, 12 şəhid ailəsi, 3 nəfər digər kateqoriyadan olan əlil mənzillə təmin edilib, 37 əlilə minik avtomobili verilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Görüşdə çıxış edən əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda əlillərə hədiyyələr verilib.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed