09.06.2012 [15:38] - DAVAMın yazıları
Elnur Eltürk
Bu günlərdə Amerika dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza turnesi çərçivəsində cəbhə bölgəsində gərginləşən vəziyyət və Ermənistan silahlı qüvvələrinin mövqelərimizin üzərinə hücuma keçməsi nəticəsində, bu günümüzə qədər döyüşlərin getməsi haqqında aldığımız və yayılan xəbərlər hazırda ölkəmizdə ən çox müzakirə olunan məsələlərdəndir. Demək olar ki, insanlarımızın diqqəti cəbhə bölgəsinə yönəlib. Mən atışmaların birdən-birə nə üçün intensiv olduğunu və hansı səbəblərdən baş verdiyini, bu işin arxasında Rusiya və İranın və ya başqa güclərin dayanması haqqında fikirlərin üzərində dayanmayacam. Mənimçün əsas məsələ ölkəmizin işğaldan azad olunması və Qarabağın Azərbaycanın tərkibinə qatılmasıdır.
Təbii, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad etməlidir və başqa cür ola da bilməz. Yəni, rəsmi Bakının başqa yolu yoxdur. Artıq, ictimaiyyət müharibə tələb edir və onu da xatırladaq ki, bir zamanlar mərhum prezident Heydər Əliyev Qərb diplomatları ilə görüşən zaman cəmiyyətin müharibə istədiyini onlara bildirirdi və xüsusilə, sonradan bunun qarşısını almağın mümkünsüzlüyünü söyləyirdi. Hazırda müasir informasiyanın inkişaf etdiyi bir zamanda bu fikri dəstəkləyənlərin sayı çoxalıb. Çünki, ictimaiyyət mənasız sülh danışıqlarını izləməkdən və görməkdən bezib. Nə vaxta qədər boşboğaz diplomatların bölgəyə səfərlərini müşahidə edəcəyik?!
Yaşlı insanlarımız torpaq həsrəti ilə dünyalarını dəyişirlər. Bunun nə demək olduğunu, on illərdir ki, torpaqsız yaşayan millət çox yaxşı dərk edir. Ona görə də Qərbdən bizə boş-boş mülahizələr oxumasınlar. Cəmiyyət konkretlik istəyir. Ya bu qurumlar beynəlxalq hüquqa hörmət prinsipini əsas tutaraq İrəvana təzyiqlərini artıracaqlar, ya da işğalçılar güc yoluyla torpaqlarımızdan rədd olacaqlar.
Bu gün Azərbaycanın artan və inkişaf edən hərbi fonunda torpaqlarımızın müharibə yoluyla işğaldan azad edilməsi məsələsi stimullaşır. Artıq, Qərb hərbi-siyasi analitiklər mərkəzləri Azərbaycan ordusunun güclü inkişaf etdiyini qeyd edirlər və lokal savaş başlayacağı təqdirdə bunun Ermənistan üçün ucuz başa gəlməyəcəyini proqnozlaşdırırlar. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan miqrasiya problemini yaşayır və sosial-iqtisadi problemləri bura əlavə etsək, onda savaşın Ermənistana baha başa çatacağını təsəvvür etmək çətin deyil.
Sonda onu deməliyəm ki,acı şəhid xəbərlərimizlə yanaşı, qardaş Türkiyədən və dünyanın müxtəlif yerlərində yaşayan türk qardaş və bacılarımdan dəstək məktubları alıram. Onlar Qarabağda savaşmaq və Azərbaycana dəstək olmaq istəyirlər. Qardaşlarını yalnız qoymaq istəmədiklərini sosial şəbəkələr vasitəsilə çatdırırlar. Təşəkkürlər Türk insanı, gercək qardaş dəstəyini göstərirsən!!!
Şükürlər olsun ki, bu gün bölgədə 50 milyondan çox Azərbaycan türkü yaşayır və üstəlik, 80 milyon Türkiyə türkünün nüfuzunu da nəzərə alsaq bölgədə güclü və lider türk nüfuzu ortaya çıxır. Bunun Ermənistan və onun arxasında duran qüvvələr üçün nə demək olduğu açıq-aydın görünür. İndi seçim Ermənistanındır!!!

Bu xəbər oxucular tərəfindən 1599 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |