04.12.2017 [15:36] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə mütəmadi olaraq məhəlli görüşlər keçirilir.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə növbəti məhəlli görüş rayonun Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 3 saylı binanın həyətində keçirilib.
H.Ələkbərov bildirib ki, məhəlli görüşdə həmin binada yaşayan sakinlərin problemləri dinlənilib, ərazilərlə bağlı edilən şikayətlərə yerində baxış keçirilib və sonda milli maraqların qorunmasında separatçı və bölücü qüvvələrə uymamağın və dövlətçilik ətrafında sıx birləşmənin vacibliyi ilə bağlı söhbətlər aparılıb.
Sakinlərin müraciətləri deputatın köməkçisi tərəfindən qeydə alınıb.
Sakinlər isə öz növbələrində göstərilən diqqətə görə millət vəkilinə öz minnətdarlıqlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |