Şrift:
Bakıda Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin 20-ci ildönümü qeyd olunub
10.06.2012 [21:09] - Gündəm, Türk dünyası-Turan
Bakıda şənbə günü Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 20-illiyi münasibəti ilə rəsmi ziyafət təşkil olunub.

Müasir tarixi dövrdə ənənəvi dost azərbaycan-türkmən əlaqələri diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünü yaşayır, Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov qəbulda çıxış edərək deyib.

Diplomat qeyd etdi ki, Azərbaycan Respublikası ilə hərtərəfli əlaqələrin möhkəmləndirilməsi türkmən dövlətinin xarici siyasətinin prioritetli istiqamətlərindən biridir.

Səfirin sözlərinə görə, Türkmənistan və Azərbaycanı qarşılıqlı hörmət, hüquq bərabərliyi və açıqlıq əsasında qurulan ənənəvi dost və qardaş münasibətləri birləşdirir, və onlar türkmən və Azərbaycan xalqlarının qarşılıqlı dostluq və simpatiyasının ənənələrinə söykənirlər.

"Zəngin mənəvilik, açıqlıq və tolerantlıq, qonaqpərvərlik və səmimilik, xalqlarımızın xeyrinə irəliləyən inkişaf naminə cəhdlər bizi birləşdirir", - Komekov qeyd edib.

Səfirin fikrincə, aktiv, ən əsası yüksək səviyyəli siyasi əlaqələr iki ölkənin sıx əməkdaşlığının inkişafına, Türkmənistan-Azərbaycan əlaqələrinin aktiv inkişafı üçün imkan yaradır. "Nümunə kimi hər iki ölkənin prezidentlərinin tarixi səfərlərini gətirə bilərəm. 2008-ci ilin mayında Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Azərbaycana rəsmi səfər etmişdir. Öz növbəsində, 2008-ci ilin noyabrında Prezident İlham Əliyev Türkmənistana rəsmi səfəri etdi. Həmçinin 2010-cu ilin noyabrında Türkmənistan Prezidenti xəzəryanı dövlətlərin üçüncü Sammiti çərçivəsində Azərbaycana baş çəkdi. Bu görüşlər dövlətlərarası münasibətlərin inkişafı yolunda əhəmiyyətli addım oldular", - Komekov deyib.
Səfirin sözlərinə görə, dövlətlər arasında dostluğ və əməkdaşlığ münasibətlərinin gücləndirilməsinin ən əsas amillərindən biri qarşılıqlı ticarət-iqtisadi təsirin və əməkdaşlığın geniş inkişafı olur. Türkmənistan və Azərbaycanda bu əməkdaşlığı real imkanlara və iki ölkənin obyektiv ehtiyaclarına cavab verən səviyyəyə çıxarmaq üçün bütün potensial var.

Komekov vurğuladı ki, yaradılmış iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökümətlərarası komissiyası əməkdaşlığın intensivləşdirməsinin əhəmiyyətli mexanizmidir, yüksək səviyyədə keçmiş görüşlərin yüksək məhsuldarlığını qeyd etmək lazımdır.

"Əminəm ki, bu əlamətdar il Türkmənistanla Azərbaycan Respublikasının münasibətlərinin inkişafının genişləndirilməsinə təkan verəcək, və bizim strateji əməkdaşlığımız daha yüksək səviyyəyə qalxacaq, və iki ölkənin xalqlarının dostluq və xeyri naminə yeni məna və məzmun ilə dolacaq", - Komekov deyib.

Tədbirdə Azərbaycan tərəfindən respublikanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. O bu əlamətdar tarixlə ölkə rəhbərliyi adından türkmən tərəfini təbrik edib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycan və Türkmənistan arasında əlaqələri mədəniyyət və daha başqa aspektlərdə inkişaf edir, və o bunda iki ölkənin prezidentlərinin, Qurbanqulı Berdiməhəmmədovun və İlham Əliyevin xidmətini görür.

"Bu gün Azərbaycan və Türkmənistan müxtəlif tədbirlərdə bir platforma ilə çıxış edirlər və bizdə oxşarlıq var", - Qarayev deyib.

Qarayev, iki ölkənin arasında siyasi qarşılıqlı təsirin və mədəni mübadilənin ənənələrin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu söyləyib.

Türkmənistandan Türkmənistan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20ci ildönümünün qeyd edilməsinin şərəfinə Türkmənistanın xalq artistləri, ölkənin mədəniyyətinin əməkdar xadimləri birləşdirən yaradıcılıq kollektivi təntənəli tədbirdə çıxış etmişdir.
Bu xəbər oxucular tərəfindən 1415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed