Şrift:
Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələlərinə dair müzakirələr aparılıb
06.12.2017 [10:41] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun bu ölkənin Dövlət Torpaq və Geodeziya Komitəsinin sədri Racabboy Axmadzoda ilə görüşündə Azərbaycanın Qafqaz regionunda peykə malik yeganə ölkə olduğu vurğulanıb. Söhbət zamanı “Azərkosmos” ASC-nin malik olduğu imkanların kənd təsərrüfatı, fövqəladə hallar, meliorasiya, geologiya, şəhərsalma, torpaq ehtiyatları və digər sahələrdə tətbiqi məsələləri müzakirə edilib.

Səfir Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi ilə bağlı Bakıda və Düşənbədə keçirilən tədbirlər haqqında məlumat verib, ölkələrimizin əlaqələrinin prezidentlər İlham Əliyev və Emoməli Rəhmon arasında mövcud səmimi dostluq münasibətlərinə söykəndiyini vurğulayıb.

Görüşdə xalqlarımızın ənənəvi tarixi dostluq münasibətlərinə malik olduğu, qədim Gəncə və Xocənd şəhərlərinin qardaşlaşmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi bildirilib.

Səfir Bakı və Düşənbə arasında birbaşa hava xəttinin açılmasının mövcud əlaqələrin daha da dərinləşməsinə kömək edəcəyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed