07.12.2017 [10:41] - Gündəm, Bildiriş
Dekabrın 6-sı axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarına qar yağıb. Hava şəraitinin kəskin soyuması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək enib.
Ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 28 santimetrə çatır, temperatur isə mənfi 8 dərəcə təşkil edir. Xaltan kəndində 19, Qırızda 20, Qonaqkənddə 18, rayon mərkəzində isə 3 santimetr qar yağıb.
Qarın hündürlüyü Qusarın Ləzə kəndində 20, Xızının Altıağac qəsəbəsində isə 14 santimetr təşkil edir.
Quba Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, dağlıq ərazilərdə qar hazırda da yağmaqda davam edir.

Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |