Şrift:
Azərbaycan MDB hökumət başçıları Şurasının toplantısında Azad Ticarət Zonasına dair müqavilə layihəsini imzalamayıb
19.10.2011 [10:50] - Gündəm
Oktyabrın 18-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB hökumət başçıları Şurasının iclası keçirilib.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, MDB ölkələri baş nazirlərin toplantısında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Toplantıda birlik ölkələri arasında iqtisadi münasibətləri dərinləşdirməyi məqsəd qoyan 30-a yaxın sənəd nəzərdən keçirilib. Onlardan ən önəmlisi Azad Ticarət Zonasına dair müqavilə layihəsi olub. Belə ki, Azad Ticarət Zonasına dair müqaviləni Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan, Moldova və Tacikistan imzalayıblar. Azərbaycan, Özbəkistan və Türkmənistan müqaviləni imzalamayıblar. Onlar bu ilin sonuna kimi bu müqaviləyə qoşulmaq imkanlarını öyrənəcəklərini bildiriblər.
Hökumət başçıları valyuta mübadiləsi və valyutanın idarə edilməsi siyasətinin əsas prinsipləri, MDB ərazisinə daxil olan üçüncü dövlətin vətəndaşlarının vahid qeydiyyat sisteminin yaradılması, dəmir yolu nəqliyyatının inkişafı, humanitar əməkdaşlıq və digər sahələri əhatə edən 30 yaxın saziş layihələrini imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 1088 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed