09.12.2017 [16:58] - Xəbərlər, Türk dünyası-Turan
2017-ci ilin payızından başlayaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Özbəkistan Respublikasının Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq əlaqələri qurulmuş, bu məqsədlə Əlyazmalar İnstitutunda hər iki müəssisənin səlahiyyətli nümayəndələri görüşlər keçirmiş, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmişlər.
Bu gün isə Əlyazmalar İnstitutunda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq memarandumunun rəsmi imzalanma mərasimi baş tutub.
Tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək, imzalanan müqavilənin hər iki elm ocağında elm və təhsilin inteqrasiyasına təkan verəcəyini, bu sahədə qarşılıqlı, faydalı münasibətləri qurmaq üçün əhəmiyyətli baza olacağını diqqətə çatdırıb.
Sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov səmimi qəbula görə məmnunluğunu bildirib. Qeyd edib ki, institut ilə universitet arasında əməkdaşlıq sənədinin imzalanması təşkilatlar arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasıdır.
Görüşdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov tərəflər arasında əməkdaşlığın akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra çıxış edən institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov memorandumda elmi fəaliyyət sahəsində beynəlxalq layihə və inkişaf proqramlarının həyata keçiriləcəyini, o cümlədən tərəflər arasında doktorant mübadiləsinin nəzərdə tutulduğunu da qeyd edib.
Sonda əməkdaşlıq memorandumunu fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Samir Abbasov imzalayıblar.
Sənəddə humanitar sahədə elmi layihələrə dəstək, müştərək konfrans, seminar və simpoziumların təşkili, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi, həmçinin əlyazma sənədlərin mübadiləsi nəzərdə tutulur. Memorandumun əsas hədəflərindən biri əlyazmaların tədqiqi sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi

Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |