11.12.2017 [10:26] - Müsahibə
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Parlamentində danışıqların aparılmasının tərəfdarıyam".
Bu sözləri Avropa Parlamentinin Finlandiyadan olan üzvü xanım Heidi Hautala deyib.
Müsahibəni olduğu kimi təqdim edirik:
- Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb. Bu istiqamətdə hansı tədbirlərin görülməsini istərdiniz?
- Avropa Parlamenti BMT-nin qətnamələrini tanıyıb. Biz parlamentarilər Dağlıq Qarabağ münaqişəsi üçün sülhməramlı danışıqları dəstəkləməliyik. Bilirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Mink qrupuna həvalə edilib. Düzdür, 25 il ərzində bu istiqamətdə bir sıra işlər görülüb. Lakin mən hesab edirəm ki, biz parlamentarilər də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəmizi verməliyik. Bu istiqamətdə aparılan danışıqları dəstəkləməliyik.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Parlamentində danışıqların aparılmasının və bu danışıqlara digər tərəflərin cəlb edilməsinin tərəfdarıyam. Misal üçün vətəndaş cəmiyyətlərinin bu danışıqlarda iştirak etmələri həmin istiqamətdə atılan addımların uğurlu nəticələr verməsində böyük rol oynaya bilər.
Xüsusilə qadınları danışıqlara cəlb etməliyik. Dünyada imzalanan sülhməramlı müqavilələrin yalnız 2 faizi, sülh naminə aparılan danışıqların 9 faizində qadınlar iştirak edir. Bu, çox azdır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda qadınların iştirakı bu münaqişənin həllinə təkan verə bilər.
Mən öz tərəfimdən Avropa Parlamenti çərçivəsində Dağlıq Qabağın sülh yolu ilə nizamlanması istiqamətində danışıqların aparılmasına öz həmkarlarımı cəlb etmək üçün çalışacam.
- Avropa İttifaqı ilə Azərbaycan arasındakı bugünkü əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasında münasibətlərin bərpa edilməsinə nail olmuşuq. Avronestdəki böhrandan sonra, nəhayət ki, azərbaycanlı həmkarlarımızla açıq dialoq qura bilmişik. Azərbaycan parlamentinin yeni nümayəndələri ilə işləmək asandır.
Hesab edirəm ki, səmimi dialoq, danışıqlar yolu ilə istənilən məsələnin həllini tapmaq mümkündür.
- İslamofobiya fenomeni ilə bağlı düşüncələriniz.
- Təəssüfedici haldır ki, dünyada bir sıra münaqişələr din adı altında baş verir. Bir sıra qruplar islam dinindən istifadə edərək zorakılıq faəliyyətləri ilə məşğul olurlar. Biz islamofobiya hallarını gözüyumlu qarşılamamalıyıq.
İslamofibiya mövcud olmamalıdır. İslam dünyəvi dindir. Dünyəvi dövlət olan Azərbaycan buna bir nümunədir. Azərbaycan modeli digər ölkələr üçün örnək olmalıdır.

Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |