Şrift:
Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib
11.12.2017 [10:33] - Türk dünyası-Turan
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətdə kadr dəyişikliyi həyata keçirib.

Q. Berdıməhəmmədov 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda belə bir qərar qəbul edib.

Türkmənistan prezidenti işlərində yol verdikləri ciddi nöqsanlara görə sənaye naziri Amanberdi Tuyliyev, əmək və sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov və kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevi vəzifələrindən azad edib. Q. Berdıməhəmmədovun imzaladığı sərəncamla "Türkmenstandartlary" Dövlət Xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edib. Vəzifədən azad edilən digər üç nazirin vəzifəsini müvəqqəti olaraq nazir müavinləri həyata keçirirlər.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed