Şrift:
Rusiyada azərbaycanlı diaspor fəalı insan hüquqlarının müdafiəsi sahəsində mükafata layiq görülüb
11.12.2017 [10:35] - Diaspor
Rusiyada azərbaycanlı diaspor fəalı, "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini Araz Mürsəliyev insan hüquqlarının müdafiəsi sahəsində mükafata layiq görülüb.

Mükafat həmyerlimizə Moskva vilayətində İnsan Haqları Günü münasibətilə keçirilən mərasimdə təqdim olunub.

Moskva vilayətində insan haqları üzrə müvəkkilin aparatında keçirilən mərasimdə ictimai hüquq müdafiə təşkilatlarının rəhbərləri, Moskva vilayətinin fəal sakinləri, könüllülər, jurnalistlər, pedaqoqlar iştirak ediblər.

Ombudsman Yekaterina Semyonova "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti Araz Mürsəliyevə Moskva vilayəti ərazisində hüquq-müdafiə fəaliyyətində xidmətlərinə görə təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, Araz Mürsəliyev Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olur. O, eyni zamanda Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, "Yedinaya Rossiya" fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. A. Mürsəliyevin rəhbərlik etdiyi "Xalqlar Dostluğu" Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed