11.12.2017 [10:37] - Sağlıq
Xarici tibb mütəxəssislərinin arıqlama dərmanları ilə bağlı apardığı araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, hətta bitki tərkibli arıqlama dərmanları qəbul edən hər 3 nəfərdən birində onkoloji patologiyalar başlayıb. Arıqlama preparatlarını qəbul edən şəxslərdə gen dəyişikliyi 10-12 il sonra başlayır. Çünki həmin maddələrin təsirindən hüceyrə dəyişikliyi gizli və heç bir simptomsuz baş verir.
Arıqlama dərmanları ilə bağlı müxtəlif təzadlı fikirlərin söylənildiyi Azərbaycanda da son zamanlar belə preparatlara maraq artıb. Artıq çəkidən azad olmaq istəyənlər bu dərmanlarından istifadəyə daha çox üstünlük verirlər.
Həkim mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, xaricdə bu cür dərmanlar adətən reseptlə satılır. Azərbaycanda isə arıqlama preparatlarının hamısı satışa reseptsiz buraxılır: "Nəzarət olmadan, məsləhətləşmədən bu dərmanları qəbul etmək məqsədəuyğun deyil. Arıqlamaq üçün nəzərdə tutulan dərman preparatları həkimlər tərəfindən orqanizmin xüsusiyyətindən, kökəlmənin növündən, başqa yanaşı xəstəliklərin olmasından asılı olaraq təyin edilməlidir. Lakin təəssüflər olsun ki, insanlar dərmanları özbaşına qəbul edirlər. Bunun nəticələri ilə bağlı da xeyli problemlər yaşanır".
Y.Abdiyeva qeyd edib ki, apteklərdə reseptsiz satılan arıqlama preparatları istifadəçilərə müxtəlif formalarda - bitki çayları, kofe və həblər şəklində təqdim edilir.
Mütəxəssis hesab edir ki, arıqlama dərmanları vasitəsilə çəkini azaltmaq məsləhət deyil. Çünki həmin dərmanların istifadəsi bir sıra fəsadlar törədə bilər:
"Dərmanı qəbul edəndən sonra preparat mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Amma əslində insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir. Həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır. Amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır, insan əvvəlki kimi yeyir. Nəticədə kiçilmiş mədə yenidən böyüyür".
Y.Abdiyeva əlavə edib ki, bu preparatlar sinir sistemində, mədə-bağırsaqda problemlər yarada bilər. Bu dəmanlardan istifadə edənlər arasında daha çox sinir sistemi pozuntularına və mədədə yara hallarına rast gəlinir. Arıqlama dərmanları qadınlarda ginekoloji xəstəliklərə, sonsuzluğa, hətta xərçəngə, böyrək çatışmazlığı kimi ağır xəstəliklərə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, bütün arıqlama dərmanları psixozlar, asılılıq, baş ağrıları, aritmiya (nəbzin qeyri-müntəzəmliyi) yaradır. Onlardan istifadə hətta ürək tutmaları və infarkta da gətirib çıxara bilər:
"Tez bir zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədir. Bədən çəkisinin 30 faizinin itirilməsi insanlarda hətta bərpası mümkün olmayan psixi dəyişikliklərə də səbəb olur. Arıqlama dərmanları orqanizmdə duz mübadiləsini pozaraq uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar bədəndə çox su itkisinə səbəb olur. Orqanizmdə suyun itkisi elektrolit pozğunluğa, yəni lazımi ionların itirilməsinə gətirib çıxarır. Bu dərmanlar insanlarda depressiya da yaradır. Nəzərə almaq lazımdır ki, arıqlama zamanı orqanizmdə çox ciddi proseslər gedir.
Orqanizm çəki itirdikcə bu prosesə ilk olaraq depolaşmış piylər sərf olunur. Bunula yanaşı, bədəndə zülal istehsalı azalır. Amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir. Bu proseslərin çoxu geridönməz hal alır. Nəticədə orqanizm çox ciddi bir durumla üz-üzə qalır. Bunları sonradan bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə daxili orqanların sallanması halları baş verir".
Y.Abdiyeva onu da əlavə edib ki, arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud məlumatlarda qeyri-dəqiqliyə yol verilir:
"Bu cür dərmanları qəbul etmək təhlükəlidir. Həmin dərmanın mahiyyəti barədə heç bir ətraflı məlumat verilmir. Vətəndaşlar sadəcə reklamlara baxır, onların əsasında alıb istifadə edirlər. Nəticədə fəsadlar yaranır".
Y.Abdiyeva qeyd edib ki, arıqlama zamanı pəhrizlər də orqanizmin vəziyyətindən asılı olaraq seçilməlidir:
"Pəhrizin əsas məqsədi orqanizmdə toplaşan, əlavə yük yaradan maddələrin orqanizmə daxil olmasının qarşısını almaqdır. Çalışmaq lazımdır ki, artıq kalorilər və həmin maddələr rasionda olmasın və yaxud müəyyən qədər olsun. Bəzən rasionda hansısa bir maddənin çatışmaması orqanizmi məcbur edir ki, bədəndəki depolaşmış piyləri həmin maddəyə çevirsin. Yəni pəhrizlərin bir xüsusiyyəti passiv yolla depolaşan həmin maddələrin miqdarını azaltmaq, digər rolu isə orqanizmi prosesə qoşaraq bədəndəki piyləri təkrar istehsala, zülal və digər maddələrin istehsalı üçün xammala çevirməkdir. Bu, nəticədə arıqlamaya səbəb olur.
Ona görə də bunların hamısı həkim nəzarəti altında olmalıdır. Dietoloqlar məsləhət görürlər ki, arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir. Orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içmək məsləhətdir. Bu, mədədə toxluq hissi yaradır və insan az yeməyə meyillənir. Səhər yeməyindən imtina da yanlış fikirdir. Səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar. Amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin".

Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |