11.06.2012 [12:04] - Hadisə
Ağsu rayonunun Kəlağayılı kəndi ərazisində I-II əsrlərə aid insan qəbirləri tapılıb.
Qəbirlər “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən Girdimançaydan Ağsu şəhərinə su xətti çəkmək məqsədilə torpaq işləri görülərkən Bakı-Göyçay magistral yolunun şimal tərəfində üzə çıxarılıb.
Ekskavatorla dağıdılan qəbirin hər birində zəngin avadanlıq qeydə alınıb. Bunlar əsasən yüksək zövqlə hazırlanan rəngarəng çeşidli saxsı qab nümunələridir.
Tapıntıların əksəriyyətini iri təsərrüfat küpləri, süddanbiçimli, ağzı büzməli, lüləkli və novçalı qablar, təkayaq vazlar, kiçik küpə və dolçalar, məhtərələr təşkil edir. Qəbirlərdən çıxan materiallar içərisində qayıqvari formalı dən daşları və dəmir silah nümunələri də vardır.
AMEA-nın Ağsu arxeoloji ekspedisiyası olaydan xəbər tutduqda su kəməri çəkilən əraziyə baxış keçirib, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müvafiq akt tərtib edib və dağıdılmış tapıntıların bir qismini toplaya bilib.
Aşkar olunan yeni abidənin dövlət qeydiyyatına alınması üçün ekspedisiya rəhbərliyi tərəfindən zəruri tədbirlər görülüb.
Nərmin Əhmədli

Bu xəbər oxucular tərəfindən 1563 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |