18.12.2017 [10:41] - Hadisə
Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin Zarqun-Roud rayonunda kamikadzenin protestant kilsəsinə hücumu nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb, 50-dən artıq insan yaralanıb.
Əyalətin daxili işlər naziri Sarfaraz Buqti jurnalistlərə müsahibəsində yaralıların çoxunun vəziyyətinin ağır olduğunu bildirib.
Xəbər verdiyimiz kimi, hadisəni törədən iki terrorçudan birini polis məbədə girərkən güllələyib, digəri isə kilsənin içərisinə girərək özünü partladıb. Partlayış vaxtı kilsədə 400-ə yaxın adam olub.
Qanlı hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı artıq öz üzərinə götürüb.
Pakistan Prezidenti Məmnun Hüseyn terror aktını pisləyib, həlak olanların yaxınlarına başsağlığı verib. Dövlət başçısı deyib ki, Pakistan bundan sonra da terrorçuların məhv edilməsi ilə bağlı kəskin tədbirlər görəcək.
Qulu Kəngərli

Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |