18.12.2017 [12:51] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə mütəmadi keçirilən məhəlli görüşlərdən biri də Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 1 saylı binanın həyətində keçirilib. Görüşdə həmin binada yaşayan sakinlərin problemləri dinlənilib, etdikləri müraciətlər deputatın köməkçisi Həbib Ələkbərov tərəfindən qeydə alınıb, ərazilərlə bağlı müraciətlərə isə yerində baxış keçirilib.
Bundan əlavə sakinlərlə milli və dövlətçilik maraqlarının qorunmasının və hər hansı separatçılığa qarşı mübarizədə dövlətin yanında olmanın vacibliyi ilə bağlı səmimi söhbətlər aparılıb.
Seçicilərlə bu şəkildə görüşün keçirilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb və onlar millət vəkili tərəfindən göstərilən bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.
H.Ələkbərovun verdiyi məlumata görə, görüşdə qeydə alınan problemlərin həlli ilə bağlı artıq Fərəc Quliyev tərəfindən aidiyyatı üzrə müraciətlər göndərilmişdir.
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |