Şrift:
Ankarada silahlı hücum: polis öldürüldü
19.12.2017 [10:47] - Hadisə
Türkiyənin paytaxtı Ankarada polisə silahlı hücum olub.

Göybaşı rayonunda dayandırılan avtobusda yoxlama zamanı şəxsiyyətini müəyyənləşdirmək üçün nəqliyyat vasitəsindən düşürdülən sərnişinlərdən biri qəflətən polisə atəş açaraq qaçıb.

Polis əməkdaşlarından biri ağır yaralanaraq xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Şübhəlinin saxlanılması üçün əməliyyat aparılır.
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed