Şrift:
Nuhun gəmisi doğrudanmı, Naxçıvanda dayanıb?- Müəmmalı fərziyyələr
19.12.2017 [10:57] - Xəbərlər, DAVAMın yazıları
Əvvəlcə onu deyək ki, məsələ artıq çoxdandır ki, dini, mifik kontekstdən çıxaraq, elmi səciyyə daşımağa başlayıb. Belə ki, sovet dövründə məşhur Avropa və rus arxeoloqları bu məqsədlə Qafqaz coğrafiyasına çox səfər etdilər. Amma onları elmdən də çox, siyasi məsələlər maraqlandırırdı. Onlar xrsitian təəssübkeşliyini burada da önə çəkmək fikrində idilər. Bu səbəbdən də bir çox xristian alimlər qeyri-səhih informasiyalar yaymağa başladılar.

Türkiyədə olduğu kimi Naxçıvanda da bu işə gizli yolla girişmək istəyən Andrey Polyakov və onun ətrafındakılar qanunsuz şəkildə Naxçıvana gəlib elmi əsası olmayan məlumatlar yaydılar.

Əbülfəz Quliyev və doktor Bahəddin Dartmanın "Elm" qəzetinin 28 fevral 2005-ci il tarixli sayında dərc olunmuş “Nuhun gəmisi haradadır” məqalələrində "Nuhun gəmisi Ağrı dağında deyil" ortaq fikirlərini yeniləmişlər. Bununla bərabər, araşdırıcıların bir çoxunun üzərində dayandığı Cudi məsələsinə yenidən qayıdıblar.

Hacı Qadir Qadirzadənin “Nuh tufanı və Naxçıvan” araşdırmasında deyilir: ““Bilqamıs” dastanında tufan dayandıqdan sonra Utnapiştinin uzaqda bir dağ gördüyü və gəminin həmin dağda dayandığı yazılır:

“Baxırdım sahillərə görürünürdü bir ada
Həmin Nisir dağında dayandı bizim gəmi.
Dağ gəmini saxlayıb tutmuşdu dayaq kimi,
Düz iki gün qoymadı gəmini tərpənməyə
Üç, dörd gün də qoymadı, dağ gəmini saxladı,
Beş, altı gün də keçdi gəmini buraxmadı”.

Yuxarıdakılardan aydın olur ki, gəmi dağa ilişir və on iki mənzillikdə quru görünməkdədir. Burada bir neçə cəhətə xüsusi diqqət verilməlidir. Hər şeydən öncə gəminin ilişdiyi dağ Nisir adlanır, ada isə ondan çox aralıda görünür. Həmin mənbədən oxuyuruq:

“Nisir dağı hələlik suyun altındadır. Bunu sübut edən əsas amil buraxılan iki quşun quru yer tapmayib geri qayıtmasıdır. Əgər gəmi dayanan ərazi və ya onun yaxınlığındakı yüksəkliklər açıq olsa idi, onda quşlar ora enərdilər. Beləliklə, dağlıq olan bir bölgədə, ancaq uzaqda bir dağ, ada, zirvə görünür. Gəmi isə həmin istiqamətə hərəkət edə bilmir, çünki o suyun altındakı Nisir dağına ilişir. Nisir dağının indi hansı dağ olduğu məsələsi elmdə hələ də mübahisəli olaraq qalmaqdadır. Bəzi müəlliflər onu müxtəlif bölgələrdə axtarırlar. Arif Qədimova görə bu dağ indiki Ordubad bölgəsindəki Gəmiqaya ərazisindədir”.

E. Nihad
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed