20.12.2017 [11:45] - Xəbərlər, Türk dünyası-Turan
Ermənistan BMT Baş Assambleyasının sessiyasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamənin əleyhinə səs verib.
Sənədin müəllifi Ukrayna və daha 30 dövlətdir.
Qətnamə layihəsinin preambula hissəsində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini Rusiyanın “müvəqqəti işğal etdiyi” qeyd olunub. Qətnamədə “ilhaqın” qəbuledilməz olduğu vurğulanıb.
“Müvəqqəti işğal olunan Krımda sakinlərə, o cümlədən Krım tatarlarına, eləcə də ukraynalılara, başqa etnik qrupların və dini qrupların təmsilçilərinə qarşı Rusiyanın işğalçı hakimiyyəti tərəfindən diskriminasiya tədbirləri görülür, onların insan haqları tapdanır”, - deyə qətnamədə vurğulanıb.
Sənəddə işğal edilən Krımda Rusiya qanunların tətbiqinin, məhkəmə və inzibati idarəçiliyinin qanunsuz olduğu ittiham olunub. Müəlliflər Rusiyanı Krımı işğaladək beynəlxalq hüquqla bağlı öhdəliklərinə hörmət etməyə çağırıblar.
70 ölkə bu qətnaəmənin lehinə, 26 dövlətin nümayəndəsi əleyhinə səs verib. 76 dövlət tərəfsiz qalıb.
Sənədin əleyhinə Ermənistanla yanaşı, Belarus, Bolviya, Hindistan, Qazaxıstan, Şimali Koreya, Kuba, Serbiya, Qırğız Respublikası, Çin, İran, Tacikistan və Cənubi Afrika Respublikası səs verib.
Qeyd edək ki, Azərbaycan və Türkmənistan səs vermədə iştirak etməyib.

Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |