Şrift:
‎İranda həbsdə olan azərbaycanlı qadın fəal azadlığa buraxılıb
12.06.2012 [13:00] - Güney Azərbaycan xəbərləri
İranda həbsdə olan azərbaycanlı qadın fəal Əfsanə Toqir müvəqqəti azadlığa buraxılıb. APA-nın məlumatına görə, Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi və Azərbaycanşünaslıq Mərkəzinin üzvü olan Ə. Toqir 90 min dollar məbləğində zəmanətlə məhkəməyə qədər sərbəst buraxılıb.Onun məhkəməsinin keçiriləcəyi tarix hələlik məlum deyil.Qeyd edək ki, Ə. Toqir İranda Urmiya gölünün qurumasına hökumətin laqeyd münasibətinə etiraz olaraq mayın 21-də Təbrizdə keçirilən kütləvi etiraz aksiyalarında həbs edilib və Təbrizin mərkəzi həbsxanasında saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed