20.12.2017 [11:53] - Sağlıq
Azərbaycanda reproduktiv sağlamlığın qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşib.
Bu istiqamətlər yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində qeyd olunub.
Layihənin 3-cü (Reproduktiv sağlamlığın qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri) maddəsinə əsasən:
1. sağlam, arzu olunan uşaqların doğulması sahəsində ictimai şüurun formalaşdırılması,
2. əhali arasında reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqların həyata keçirilməsi, reproduktiv sistemin xəstəlikləri və onun müalicəsi sahəsində maarifləndirmə işinin aparılması, o cümlədən yetkinlik yaşına çatmayanların cinsi tərbiyə sahəsində biliklərinin genişləndirilməsi, bu məqsədlə kütləvi informasiya vasitələrində reproduktiv sağlamlığın qorunması üzrə maarifləndirici və elmi proqramların həyata keçirilməsi,
3. hamilə qadınların, uşaqlı ailələrin və tənha anaların sosial müdafiəsi.
Reproduktiv sağlamlığın qorunması sahəsində dövlət siyasəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:
1. bu sahədə normativ hüquqi aktların və metodik sənədlərin, diaqnostik və müalicə standartlarının,kliniki protokolların işlənib hazırlanması və təkmilləşdirilməsi,
2. reproduktiv hüquqların həyata keçirilməsi üçün şəxslərə tibbi, sosial, hüquqi, psixoloji, pedaqoji və maarifləndirici yardım göstərilməsi,
3. tibbi-genetik yardımın təkmilləşdirilməsi, dölün erkən diaqnostikası üçün yeni perinatal texnologiyaların tətbiq olunması,
4. nikaha daxil olan gənclərin anadangəlmə inkişaf qüsurlarının profilaktikası məqsədi ilə ödənişsiz tibbi-genetik konsultasiya ilə təmin olunması,
5. müxtəlif növ infeksiyaların, xüsusilə İİV infeksiyasının anadan uşağa ötürülməsin qarşısının alınmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi,
6. əhalinin cinsi yolla yayılan xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üzrə xidmətlərdən istifadə imkanlarının artırılması,
7. reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə ixtisaslı kadrların hazırlanması və bu sahədə çalışan tibbi kadrların ixtisaslarının artırılması,
8. ana və uşaqların mühafizəsini, eləcə də reproduktiv sağlamlığın qorunmasını və ailə planlaşdırılmasını təmin edən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi,
9. reproduktiv sağlamlıq sahəsində aparılan elmi tədqiqat işlərinə dəstəyin göstərilməsi,
10. reproduktiv sağlamlığın qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinə yardım göstərilməsi,
11. qeyri-hökumət təşkilatlarının reproduktiv sağlamlığın qorunması məsələlərinin həllinə yönəlmiş məlumatlandırıcı və maarifləndirici fəaliyyətə cəlb edilməsi.
Əhali arasında reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqlarla bağlı həyata keçirilən maarifləndirici tədbirlər elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanmalıdır.
Bələdiyyələr, qeyri-hökumət təşkilatları, eləcə də digər qurumlar reproduktiv sağlamlığın qorunmasına yönəlmiş layihələrin və tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edə bilərlər. Onların bu sahədəki fəaliyyəti ixtisaslı mütəxəssisləri olduqda və ya belə mütəxəssisləri cəlb etməklə həyata keçirilir.
Reproduktiv sağlamlığın qorunması sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir.

Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |