Şrift:
Vladimir Doroxin: “Qəbələ RLS-in İranla heç bir əlaqəsi yoxdur”
12.06.2012 [13:16] - Siyasət
Qəbələ RLS məsələsinin İranla heç bir əlaqəsi yoxdur və bu, Rusiyanın təhlükəsizliyinə Sakit okean regionundan olan təhdidlərin müəyyən edilməsi üçündür.
Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən belə bir açıqlama ilə səfir Vladinmir Doroxin çıxış edib.
O bildirib ki, Qəbələ RLS-in gələcək icarəsi Rusiya-Azərbaycan münasibətlərinə aid olan məsələdir.
“Danışıqlar aparılır, ekspertlər tərəfindən müzakirələr gedir. Bəzən təəssüf ki, qeyri-konstruktiv vasitədə və tərəflərin mövqelərinin təfsiri ilə baş verir. Amma yəqin ki, bu, məsələnin bütün nüanslarını bilməməkdən və Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakterini tam anlamamaqdan irəli gəlir”.
Səfir deyib ki, danışıqların nəticələrini gözləyib sonra şərh vermək lazımdır.
Diplomat onu da deyib ki, Rusiya İrana böyük diqqət ayırır.
“Bu gün İranın nüvə proqramı beynəlxalq problemə çevrilib və Moskva bu problemin həllində aktiv iştirak edir. Bizə təbii ki, İranın yaxın qonşusu kimi Azərbaycanın bu məsələdə fikrini və dəyərləndirməsini bilmək çox vacibdir”.
V.Doroxin deyib ki, dialoq aparılır.
“Məmnunluqla deyə bilərəm ki, İranın nüvə proqramı ilə bağlı bizim mövqeyimiz üst-üstə düşür. Bu problemin siyasi-diplomatik həlli tapılmalıdır”.
Bu xəbər oxucular tərəfindən 1353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed