21.12.2017 [10:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Deputatlar hesab edirlər ki, baş nazirin müavininin bu cür addım atması digər məmurlar üçün də nümunədir...
Bu ilin avqust ayında Nərimanov rayonu ərazisində Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev idarə etdiyi “Mersedes-Gelandawagen”lə qəza törətmişdi. Qəza nəticəsində o, iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu.
Həmin ərəfədə ictimaiyyətdə belə fikirlər də dolaşırdı ki, yüksək vəzifə sahibi olan Əli Həsənov nəvəsinin həbs edilməsinə imkan verməyəcək və Nail Allahverdiyev cəzasız qalacaq. Nail Allahverdiyevin həm də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin qohumu olması, ona həbslə bağlı olmayan cəza təyin edilə biləcəyinə dair iddialara səbəb olmuşdu. Lakin bunun əksi baş verdi və dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edildi.
Reallıq budur ki, nəinki iri vəzifəli məmurlar, əksər kiçik ranqlı məmurlar belə övladlarının özbaşınalıqlarını, qanun pozuntularını ört-basdır etmək üçün müxtəlif yollara əl atırlar. Bir çox şəxslər deyirlər ki, Əli Həsənov bu hadisə ilə belə məmurlara da göstərdi ki, qanun, hər kəs üçün qanundur.
“Yeni Müsavat”a danışan deputat Fərəc Quliyev bildirib ki, bu kimi hadisələr hər kəsin başına gələ bilər: “Qəza və digər bu kimi hadisələr hər kəsin başına gələ bilər. Çox təəssüf ki, bəzi mətbuat bunu fərqli şəkildə təqdim etməyə çalışır. Hadisə ümumiyyətlə, təəssüf doğuran bir hadisə idi. Əli müəllim isə bu olayda öz imkanlarını qanununa qarşı yönəltmədi. Sadəcə olaraq o, hamı kimi nəvəsinin də qanun qarşısında cavab verməli olduğunu nəzərə alaraq belə bir mövqedən çıxış etdi. Mənə elə gəlir ki, burada qəribə bir şey yoxdur. Yəni başqa cür də ola bilməzdi. Çünki Əli müəllimin özünün təcrübəsi, səviyyəsi bizə bəllidir. Mən onu şəxsən tanıdığım üçün belə danışa bilirəm. Hadisə baş verən zaman fərqli fikirlər yazılırdı, səsləndirilirdi. Hesab edirəm ki, doğrudan da bəzi məmurlar var ki, onlar belə məsələlərdən yayınıb, fərqli şəkildə davranırlar. Özlərini kiçik padşahlar kimi aparmağa çalışırlar. Ancaq baş nazir vəzifəsində olan bir məmurun bu cür hərəkəti əlbəttə ki, nümunə göstərilə biləcək hərəkətdir. Gərək bu kimi hadisələri belə qabartmasınlar. Demək olmaz ki, bu şəxs məmurun nəvəsi idi və getdi adam vurdu. Olur də hadisədir. Kimsə kiməsə zərər vermək istəməz. Bir toyuq belə yolda olanda adam onu maşınla vurmamağa çalışır. Digər məmurlar da Əli müəllimdən nümunə götürməlidirlər”.
Deputat Fəzail Ağamalı da öncə mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, belə bir hadisənin baş verməsinə təəssüf edir:
“Əli Həsənovun nəvəsi qəza törətdi və qəza nəticəsində də həyatını itirənlər oldu. Ancaq o da artıq hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq nəticəsində məhkəmənin hökmü ilə cəzasını aldı. Bu fakt bir daha sübut etdi ki, Azərbaycanda qanunun aliliyi həll edicidir və qanun hər kəs üçün eynidir. Ümumiyyətlə, bu hadisə göstərdi ki, söhbət əgər məmurdan gedirsə, o, tutmuş olduğu vəzifədən asılı olmayaraq ailəsinin hər hansı bir üzvü cinayət törədiyi təqdirdə qanuna qarşı addım atmamalıdır və yaxını da qanun qarşısında cavab verməlidir. Qəza törədən həmin gənc isə sıradan bir məmurun deyil, baş nazirin müavini Əli Həsənovun nəvəsi idi. Əli Həsənovun zərərçəkənin ailəsinə getməsi, onlarla oturub söhbət etməsi təbii ki, xoşməramlı addım idi. Bu, əlbəttə ki, Əli Həsənovun insanlığının nümunəsi idi ki, hər kəs tərəfindən də hörmətlə qarşılandı. Son məqamda da onun məsələyə müdaxilə etməməsinin nəticəsində nəvəsinə 6 il həbs cəzası verildi. Proses sübut etdi ki, Əli Həsənov Azərbaycanda qanunun aliliyinə hörmət edən, yüksək səviyyəli bir məmurdur”.
Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi "Gelandewagen" markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Əli Rais
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |