Şrift:
Ermənistan parlamentində yenə dava düşüb
21.12.2017 [10:30] - Hadisə
Ermənistan parlamentində mübahisəli məsələləri yenə əlbəyaxa dava ilə həll etmək istəyiblər.
Yeni Məhkəmə Məcəlləsi ilə bağlı səsvermə keçirilərkən “Tsarukyan” fraksiyasının üzvləri iclas zalını tərk ediblər.
“Çıxış” və “Tsarukyan” fraksiyalarına qoşulmayan, deputat Napoleon Azizyan bu sənədin lehinə səs verib. Deputat Sergey Baqratyan Azizyanı təhqir edərək deyib: “Bu fahişə niyə lehinə səs verib?”
Ona “Tsarukyan” fraksiyasının üzvü, keçmiş deputat Abraam Manukyanın oğlu Artur Manukyan Sergey Badalyana sərt cavab verib. Onlar parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının üzvü David Manukyanın kabinetində əlbəyaxa olublar. Bu dava 10-15 dəqiqə davam edib. Onlar mübahisəni parlamentdən kənarda görüşüb həll edəcəklərini razılaşdırdıqdan sonra ayrılıblar.
N.Azizyanın oğlu ilə Artur Manukyan dostdurlar. A.Manukyan dostunun atasının təhqir olunmasına dözmədiyindən dava düşüb.
Fraksiyanın sədri Qaqik Tsarukyan münaqişənin qan tökülməsi ilə nəticələnməməsi üçün öz tərəfdarları ilə görüşüb.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed