12.06.2012 [14:05] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Təbriz şəhərində solçu fəal Əmin Zərgərnejad iki gün öncə tutuqlanıb. “Herana” yaydığı məlumata görə, Zərgərnejad axşam saat 20 radələrində tutuqlanıb. Təhlükəsizlik qüvvələri evə müraciət edərək, solçu fəalı yaxalayıblar.Evə müraciət edən məmurlar evdə axtarış da aparıblar. Axtarış nəticəsində adını çəkdiyimiz fəala aid bir neçə şəxsi əşya o cümlədən kompüter zəbt olunub.Tutulduqdan sonra, onun barəsində hələlik heç bir məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |