22.12.2017 [10:10] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistan Ali Məclisinin Senatı dekabrın 21-də keçirilən iclasında 2018-ci il üçün dövlət büdcəsini təsdiq edib.
Özbəkistan Baş nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov 2018-ci ilin büdcəsi haqqında məlumat verib, müxtəlif sahələrə ayrılan vəsaiti rəqəmlərlə açıqlayıb.
Nazir deyib ki, 2018-ci ildə büdcənin gəlir hissəsi 62, 229 trilyon (7, 78 milyard dollar), xərcləri 62,17 trilyon sum (7, 77 milyard dollar) proqnozlaşdırılır.
Bildirilib ki, gələn ilin büdcəsində ən çox vəsait sosial sahəyə ayrılıb.
Nazirin çıxışından sonra müzakirələr aparılıb və büdcə səsə qoyularaq qəbul olunub.
İclasda “Özbəkistan Respublikasının müdafiə doktrinası” da təsdiq edilib. Bu sənəddə Özbəkistanın hərbi-sənaye kompleksinin yaradılması nəzərdə tutulur.
Ümumiyyətlə isə iki gün davam edəcək iclasda 26 sənədin qəbul ediləcəyi gözlənilir.
Qulu Kəngərli

Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |