22.12.2017 [11:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Böyük Britaniyanın “The Financial Times” nəşrində Azərbaycan əleyhinə dərc edilən “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqalə ölkəmizdə ciddi etirazlarla qarşılanıb. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məqaləyə daha sərt münasibət bildirib. O qeyd edib ki, Azərbaycanla bağlı irəli sürülən iddialar subyektiv xarakter daşıyır, qərəzlidir və müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət edir. Prezidentin köməkçisi bir sıra mətbuat orqanlarının məlum dairələrin təsiri altında ölkəmizə qarşı qarayaxma kampaniyasına qoşulmalarından təəssüfləndiyini dilə gətirib. O diqqətə çatdırıb ki, müxtəlif fasilələrlə Azərbaycana qarşı təşkil edilən bu tipli kampaniyaların səmərəsizliyi artıq sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır.
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da twitterdəki səhifəsində “Financial Times” qərəzdə suçlayıb: “Əgər həqiqətən də sizin haqq-ədalətlə bağlı iddialarınız varsa, son 20-30 ildə dünyanın müxtəlif ölkələrində yüz minlərlə günahsız insanın həlak olması ilə bağlı obyektiv araşdırmaları ortaya qoyun! Gücünüz çatmır, yoxsa... İllərlə problemi ilə məşğul olduğunuz Yaxın Şərqi ”xoşbəxt etdiniz"?
Azərbaycana bir dəfə də olsun səfər etməyən, reallıqlardan xəbəri olmayan, Yaqland haqqında onun ölkəsində yayılmış məlumatlara göz yuman bu iki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər".
Ana Vətən Partiyasının sədri, iqtidaryönlü deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə uğur qazandığı vaxtlarda bu və ya buna bənzər yazılar, hesabatlar ortalığa çıxır: “Belə yazılar Azərbaycanın uğurlarını kölgəyə almaq, onun effektini zəiflətmək məqsədi güdür. Bunun arxasında heç şübhəsiz ki, ayrı-ayrı ölkələrdə olan erməni lobbiləri dayanır. Bu lobbiləri də müdafiə edən müxtəlif ölkələrdə xristian xəstəliyinə tutulmuş bəzi siyasi dairələr, ayrı-ayrı şəxslər dayanır. Biz həm belə qərəzli yazıların şahidiyik, həm də belə yazıların effekt vermədiyinin şahidiyik. Bu gün xaricdən gələn bu tipli təzyiqlərin arxasında duranlar və onların Azərbaycan daxilində olan əlaltıları nə qədər çalışsalar da, cəhd etsələr də, dövlətimizin nüfuzunu zəiflədə bilmirlər. Reallıqlar ortadadır. Yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi, həm də məcburi xarakter daşıyan qətnamədə ölkəmizin ərazi bütövlüyünün yer alması uzun illərdir apardığımız uğurlu siyasətin məntiqi nəticəsi idi. Bunlar Azərbaycanı zəif görmək istəyən qüvvələri ciddi narahat edir və məhz bunun üçün bu tipli qarayaxma kampaniyası aparırlar. Eyni zamanda bir neçə gün bundan öncə Hollandiyanın Humanitar Tərəfdaşlıq Təşkilatı tərəfindən ”Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində onun sifarişi ilə keçirmiş olduğu sosial sorğu xalqımızın ölkə başçısına yüksək etimad göstərdiyini ortalığa qoydu. Belə yazılar həm də daxildə mövcud iqtidara qarşı etimadsızlıq dalğasını yaratmaq cəhdindən irəli gəlir, amma biz bunun əksini görürük. Bu cür yazılar ortalığa çıxdıqdan əvvəl və sonra Azərbaycan beynəlxalq aləmdə ciddi addımlar atır, nüfuzunu gücləndirir, həmçinin ölkə daxilində də dayaqları daha da güclənir. Bu baxımdan bu və ya buna bənzər yazıların heç bir effekti yoxdur. Belə yazıların illərdir şahidiyik. Bu cür yazılar çıxdıqca xalqımız ölkə başçısı ətrafında daha sıx birləşir. Buna xarici təsirlərin, anti-Azərbaycan qüvvələrinin göstərə biləcəyi təsirin səviyyəsi sıfıra bərabərdir. Bu yazı təəssüf doğurur, təəssüflər olsun ki, bəzi nəşrlər erməni lobbisinin təsiri altında hələ də fəaliyyətlərini davam etdirirlər".
Deputat onu da bildirdi ki, vaxtilə bu qüvvələr hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusu müdafiə edir, ən müxtəlif ittihamlarla Azərbaycanı günahlandırırdılar: “Yunuslar indi haradadır, xaricdədirlər? Yenə də anti-Azərbaycan əleyhinə çıxış edirlər. Bu faktlar onu göstərir ki, Leyla Yunus insan haqları adı altında böyük bizneslə məşğul olub, külli miqdarda pul alıb, o pullarla Hollandiya, Çexiya, Türkiyədə böyük mülklər alaraq, özünün yüksək həyatını qurub. Budur bunların zamanında canfəşanlıqla müdafiə etdikləri Leyla Yunus. Bu faktın özü çox şeydən xəbər verir. Xalqla dövlət möhkəm tellərlə bir-birinə bağlıdır. Bu cür yazılar Azərbaycanın nə xarici, nə də daxildə gedən siyasətinə mənfi təsirlər göstərmək gücündə və imkanında deyil. Bütün bu yazılar iftira, böhtandır, qərəzli xarakter daşıyır”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bu cür yazıların dövlətlərin mövqeyini əks etdirmədiyini vurğuladı: “Müharibə vəziyyətində olan ölkəyə qarşı savaş hər zaman ideoloji cəbhədə də olur, müasir dövrdə daha çox belə silahlardan istifadə olunur. Mətbuat vasitəsilə də ictimai rəyi dəyişməyə cəhd edirlər. Hər zaman olduğu kimi, bəzi qüvvələr yenə də ənənəvi maraqlarından çıxış edirlər, bunlar dövlət marağından yaranan bir şey deyil. Hesab edirəm ki, Azərbaycan tərəfdən xüsusi bir bölmə həm Rusiya, həm də Qərb mətbuatı ilə məşğul olmalıdır. Ermənilərin bir sıra kanallarda aparıcıları, mətbuat orqanlarında jurnalistləri var ki, bu tipli məqalələr dərc etdirə bilirlər. Bu sahədə çox ciddi boşluqlarımız var. Hesab edirəm ki, bu sahədə uduzuruq. Mən bunu bizə düşmən olan ölkələrin yalnız media sahəsindəki uğuru adlandırıram. Bunu bir dövlətin siyasəti kimi dəyərləndirmirəm. Yaxınlarda Avropa Parlamentinin ölkəmizlə bağlı çox müsbət bir qətnaməsi oldu, bir sıra tədbirlərdə artıq mövqelərimiz müdafiə olunur. Bu baxımdan belə yazıların haradan qaynaqlandığını üzə çıxarılıb, buna qarşı alternativ fəaliyyət göstərilməsinin tərəfdarıyam”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |