12.06.2012 [16:02] - Diaspor
Nümayəndələr Palatası və Senat üzvləri, eləcə də xarici siyasətlə bağlı yerli icra strukturları və KİV-lərə göndərilən məktublarda vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən davamlı işğalına laqeyd münasibət yolverilməzdir: “Dağlıq Qarabağ münaqişəsi bütün bölgənin inkişafı və demokratikləşməsinin surətini azaldaraq dünyanın bu mühüm hissəsində qlobal təhlükəsizliyə təhdidə çevrilib. Geniş təbii ehtiyatlara malik Azərbaycan ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Əfqanıstanda, ondan əvvəl isə İraq və Kosovoda sülhməramlı əməliyyatlarda Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq edir”.
USAN üzvləri məktub kampaniyasında cəbhə xəttində atəşkəs rejiminin Ermənistan tərəfindən mütəmadi şəkildə pozulması hallarının tam xronologiyası təqdim edərək belə faktların sonuncularından birinin - iyunun 5-də Ermənistan ordusunun Azərbaycanın Qazax bölgəsindəki mövqelərinə hücum cəhdlərinin insan tələfatı ilə nəticələndiyini diqqətə çatdırıbar: “1991-1994-cü illərdə Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycana hərbi təcavüz edib. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamə ilə erməni qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrindən çıxarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb edib. 2008-ci il martın 14-də BMT Baş Məclisi beynəlxalq icmanın mövqeyini bir daha ortaya qoyaraq Azərbaycanın ərazi bütövlüyünə dəstəyini vurğulayıb, qəbul etdiyi müvafiq qətnamə ilə Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən erməni qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamenti də hər il öz hesabatlarında Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığını göstərir. Çikaqoda keçirilən NATO-nun son zirvə toplantısında da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilib. Lakin Ermənistan bunların hamısına biganə yanaşır, işğalçılıq və zorakılıq siyasətini, etnik təmizləmə və müharibə cinayətlərini davam etdirir”.
ABŞ azərbaycanlıları Konqres nümayəndələrindən Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünə rəsmi və birmənalı şəkildə dəstək vermələrini tələb ediblər: “ABŞ Ermənistana hər hansı yardım göstərərkən BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini nəzərə almalı, 2013-cü maliyyə ilində Ermənistana müxtəlif proqramlar üzrə hərbi yardımı dayandırmalıdır. Nəinki Ermənistana, Dağlıq Qarabağa və Gürcüstanın Cavaxetiya bölgəsinə Azərbaycan və Gürcüstanın mərkəzi hakimiyyətindən kənar hər hansı birbaşa ABŞ yardımı göstərilməməlidir”.
Məktub kampaniyasında həmçinin Azərbaycan ərazilərinin işğalında iştirak edən erməni rəsmilərinin ABŞ-a və ABŞ rəsmiləri ilə görüşlərə buraxılmaması tələb edilib.

Bu xəbər oxucular tərəfindən 1641 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |