22.12.2017 [13:28] - Gündəm, DAVAMın yazıları
Alınma söz ağ fonda görünən bəzəklərdir. Bu bəzəklər zövqdən asılıdır; bu,kiminsə xoşuna gələ bilər, kim isə bu dil bəzəklərini bəyənməz.
Təhsil və tərbiyə ilə bağlı sözlərimizin əksəriyyəti alınma sözdür: məktəb, müəllim, elm, kitab, dəftər, qələm, mədrəsə, dərs, şagird, tələbə, sinif, ağıl, kamal, dərrakə, təxəyyül, alim, təfəkkür, zehin, düşüncə… Burada dayanıram, “stop” deməsəm də…
“Düşüncə” öz sözümüzdür. (Deməli, biz öz sözlərimizlə düşünməyə istünlük veririk). Bu sözün kökü feldir.
Sadə fellərin hamısı, eləcə də kökü fel olan sözlərin hamısı öz sözlərimizdir, türk mənşəlidir. Buna heç kəsin şübhəsi yoxdur.
Müasir türk dillərində təhsil və tərbiyə ilə ilgili sadaladığımız alınma sözlərin çoxu ərəb mənşəlidir. Bu ilk növbədə ərəblərin bu yerlərə gəlişi, yerli əhali ilə qaynayıb qarışması ilə bağlıdır, ilgilidir. Ərəblər bu torpaqlara din də gətirdilər, dil də. Bu torpaqların övladları islam dinini də, ərəb dilini də qəbul etdilər.
Türkdilli düşüncə tərzi xalqın yaddaşında qalsa da, xalq ərəbdilli təhsilə, ərəb əlifbalı yazıya üstünlük verdi: məktəb zamanı gəldi, müəllim dərs verdi, siniflər doldu, boşaldı…Baxın, isimlər alınma, işlər öz düşüncəmizlə, hərəkətlərimizlə ilgili sözlər. Xalq hələ gündəlik həyatında, məişətdə ata-babalarının dili ilə danışır. (Vahid dünya dili hələ ki xəyali anlayışdır, yatıb yuxuda cin, şeytan görməkdir).
Ərəblərin bu yerlərə axını zamanı orada qurub yaratdıqları məktəblərdə hakim dil din dilidir, ərəb dilidir. Adlarımız müasirləşir: ərəbləşir, ərəbcə danışmaq üstünlük sayılır, ərəb dili hər tərəfə yayılır.
Yaxşı ki ticarət məqsədilə ərəbdilli ölkələrə gedib, buralarda dil öyrənib, ərəb dilində şeir yazan azərbaycanlılar "Azərbaycan" sözünü unutmurlar. Heç olmasa, “əl-azərbaycani” təxəllüsü yadlarına düşür.
Ərəb dili Azərbaycan dilini zənginləşdirir,onun ifadə tərzinə əlvanlıq gətirir, ortaya, yeni çalarlar çıxır. Ərəb dili böyük bir dünyanı azərbaycanlılara tanıdır. Babalarımız təbiətə nə deyiblər bilmirəm, amma təbiətimiz dəyişib, iqlimdən iqlimə, ölkədən ölkəyə yollar uzanıb, yurd-yuvamız vətən olub, cənnət olub, ünsiyyətimiz artıb, dil əlaqələrimiz genişlənib.
Başqa dildən söz alınması prosesi dünyada qəbul olunmuş qaydadır.Heç kim buna etiraz etmir. Sözü dilə əmrlə gətirmirlər. Tarixin müəyyən mərhələsində alınma söz dilə sel kimi axıb gəlir.Bunun qarşısını almaq çox çətindir, bəlkə də mümkün deyil.
“Sammit” sözü Azərbaycan dilinə bir gündə daxil oldu.Çoxları bu sözün mənasını müqayisə yolu ilə anladılar, başa düşdülər. Məsələ burasındadır ki, o vaxtlar lüğətlərin çoxunda bu söz yox idi.
Mənim hər gün müraciət etdiyim kitablardan birində-1964-cü ildə Moskvanın “ Советская энсиклопедия " nəşriyyatının nəşr etdiyi “Словaрь иностранных слов " ( Xarici sözlər lüğəti) kitabında da bu söz yoxdur.
Başqa bir söz- “mentalitet” sözü də bu yolu keçib. Bu söz lüğətlərimizə son illərdə daxil olub. Amma nə vaxt vətəndaşlıq hüququ qazanacaq söyləmək çətindir.
Mənə belə gəlir ki, soyuducu , dabankeş , saxlanc , nəfəslik kimi sözləri də…hələ bizə yaddır.
Bu sözlərin əvəzində çoxları hələ də onların rus dilindən keçmə variantına - alınma variantına üstünlük verir.
Dünyada bu və ya digər dilin yalnız öz sözlərindən ibarət saf lüğət tərkibi yoxdur. Belə bir fakt maraqlıdır ki, müasir rus dilində “a” ilə başlayan 5-10 söz var:ахнут(ah məkmək), авось(bəlkə)…
Əlbəttə,bu heç də rus dilinin kasıblığı kimi qiymətləndirilmir.
Keçən il qəzetlərdə dahi Azərbaycan şairi Nizamiyə aid olan bir şeir divanının çapa hazırlandığı haqqında maraqlı bir məlumat verilmışdi.
Bu divanın Nizamiyə aid olması öz təsdiqini taparsa, alınma sözlərin inkişaf mərhələlərini öyrənmək, ədəbi dilin formalaşmasınin inkişaf tarixini daha dərindən təhlili etmək,incələmək mümkün olacaqdır.
Azərbaycan yazılı ədəbi dilinin ilk nümunəsi XIII əsr şairi Həsənoğluya istinad edilən üç qəzəldir. Qəzəllərin dili və yazı manerası, dil xüsusiyyətləri göstərir ki, bu dil bir gün, bir ay ərzində formalaşan dil deyil. Bu dil əsrlərin sınağından çıxmış dildir, kökü birinci minillikdən də uzağa gedən dildir. Hələlik tapılan ilk xəlqi şairimiz Nəsənoğludur. Kim bilir sabah daha kimlər və kimlərin yaratdığı əsərlər üzə çıxacaqdır?
Yenə də XIII əsrə aid edilən “Dastani-Əhməd Hərami” adlı məsnəviyə-poemaya diqqət yetirək. Bu, üz,sifət quruluşuna görə də, ağlına və kamalına görə də çoxlarından üstün olan, yüksək ünsiyyət mədəniyyətli haram mal yeyən bir adamın dastanıdır, amma tərifi deyil.
Əsərin baş qəhrəmanı Kırrımlı Əhməd – öz sözünün yerini bilən adamdır.
Əhməd özü haqqında ilk baxışdan yaxşı təəssürat yaratmağı bacarır. Əsərin oxucuları Əhmədin yağmaçı olduğunu, özü kimi haram mal yeməyi şərəf bilən doqquz yoldaşı ilə var-dövlət dalınca Kırımdan Bağdada yol almasını məhz dilin köməyi ilə başa düşür, anlayır.
Bu dil də kökləri bəşər tarixinin dərinliklərinə gedib çatan dildir, inkişafdan qalıb, yatan dil deyil. Bu əsərdəki sözləri çözüb arasaq, nə qədər maraqlı faktlarla qarşılaşarıq.
Biz hələ orta məktəbə tezlik lüğətləri anlayışını gətirə bilməmişilk. Özümüzdən razı halda lüğətlərdə sözlərin əlifba sırası ilə verildiyini yazırıq, oyrənirik və öyrədirik.
Əslində dünya lüğətçilik sistemində tezlik lüğətləri adlı lüğətlər var. Tezlik lüğətləri dildə sözlərin işlənmə tezliliyi əsasında tərtib olunur. Məsələn, belə bir fakir var ki, ingilis fermeri 50 sözün köməyi ilə tabeliyində olan işçiyə lazım olan fikri başa sala bilir.
Görəsən,dilimizin lüğət tərkibinə daxil olan, hələ o qədər də milliləşməyən sözün mənasını bilsək, biz ərəbcə danışa bilərikmi?
Bu gün orta məktəb dərsliklərində klassik ədəbiyyatın təddimi və onun tədrisində müasir pedaqoji normalar, kurikulum proqramının tələbləri əsas istinad mənbələri olmalıdır.
Bəzən elə mövzularla rastlaşırıq ki, şagirdin dünyagörüşünə uyğun gəlmir, sözlərin terminoloji funksiyaları çətin başa düşülür. Orta məktəb şagirdləri üçün ədəbiyyatşünaslıq lüğətinin hazırlamasına böyük ehtiyac duyulur. Hər mövzunun sonunda çətin başa düşülən 10-15 sözün lüğəvi mənası xüsusi tapşırıqlar vasitəsilə izah olunmalıdır.
Məhəmməd Süleyman oğlu Füzuli dünya ədəbiyyatının yüksək əqli və poetik düşüncəli söz ustalarındandır. Buna söz yox.Orta məktəbdə Füzuli xüsusi lüğət və müqayisəli qrammatik vərdişlər olmadan çətin başa düşülür. Əlbəttə, “Məni candan usandırdı, …” kimi qəzəllərdən başqa. Bu qəzəl klassik (seçilmiş, bəyənilmiş) şeir nümunəsidir:
Məni candan usandırdı,cəfadən yar usanmazmı?
Fələklər yandı ahimdən,muradım şəmi yanmazmı?
Qamu bimarına canan dəvayi-dərd edər ehsan
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa dilbər, bilmən, inanarmı, inanmazmı?
Bu şeir indi proqramda yoxdur.
Hal-hazırda orta məktəblərdə istifadə olunan ədəbiyyat proqramının 10 müəllifindən biri də mənəm. Deməli, proqram materiallarının tərtibinin və hazırlanmasının yararlı olub-olmamasına cavabdeh olanlardan biri də mənəm. Proqram 10 il bundan əvvəl-Təhsil Nazirliyinin 17.07.2003-cü il tarixli 716 nömrəli əmri ilə təsdiq olunsa da, sonralar bu sənəddə bir sıra dəyişikliklər də edilmişdir. Proqramda Məhəmməd Füzuliyə 10 saat vaxt ayrılmışdı.
Dərslikdəki elmi oçerkindən başqa, müntəxəbatda 30 səhifəlik material Füzulini öyrənməyə yönəldilmişdir.Təkcə müntəxəbatda ətək yazısında 130-dan artıq alınma sözün lüğəvi mənasını öyrənmək tələb olunurdu. Bu sözlərin bir neçəsinin izafət (alınma söz birləşməsi-məsələn: müstəməndi-məhzun- N.N.) olduğunu nəzərə alsaq, sözlərin sayı daha da çoxalır. Onu da deyim ki, bu sözlərin çoxu ərəb mənşəlidir. Bu gün orta məktəb şagirdləri üçün klassik ədəbiyyatda işlənən çətin sözlərin lüğətini hazırlamaq çox gərəkli görünür.
Füzulinin tədrisindən danışanda həmişə yadıma Nəcəf bəy Vəzirovun(1854-1926) Moskvadan Bakıya “Əkinçi” qəzetinin redaktoru,
Bakı Real Məktəbində onun müəllimi olmuş Həsən Məlikzadə Zərdabiyə ünvanladığı məktub düşür.
Tələbə Nəcəf Moskvadan müəliminə yazırdı:
“Bizim məktəbxanada oxunan “Leyli-Məcnun”, Hafiz və qeyrə uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şura gəlir, uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz, cürəkeş (bir udumda içiləcək şey, bir qurtum içki-N.N.) olmasın… Məcnun elədiyi qələti oxudunca, elmi-coğrafiya oxusaq, həm yazıb oxumağı öyrənirik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq”
(“Əkinçi” qəzeti, 06.11.1876, N 21).
Əlbəttə, Nəcəf bəy Vəzirov ona - rus dilli məktəbdə rus dilində dərs deyən müəlliminə Azərbaycan dilində yazdığı məktubunda mövzuların ideya-bədii məzmunu ilə yanaşı, mətnin lüğət tərkibinin çətinliyini vurğulayırdı: sözü deyirdi, başa düşən oxucu, dinləyici ezop manerasını, sözün sətiraltı mənasını başa düşməli idi.
Azərbaycan milli ədəbi dilimizi formalaşdıran XIX əsr Azərbaycan ziyalıları alınma sözlərdən mətləbi birbaşa deyə bilmədikləri məqamlarda da işlədirdilər. Bu cəhətdən Səid Ünsizadənin (1825-1905) Tiflisdə Azərbaycan dilində nəşr etdiyi “Ziya” qəzetinin 26 iyul 1879-cu il tarixli 27-ci nömrəsində rusdilli qəzetlərin birindən – “Moskovskie vedomost” qəzetindən tərcümə etdiyi bir yazı diqqəti cəlb edir. Səid Ünsizadə tərcümədə “sosialist ” sözünü özünəməxsus tərzdə,məqsədəyönlü şəkildə izah edir və ətək yazısında onun iki yerə bölündüyündən söz açır:
“Sosialist” latın lüğətidir. Bu halda Evropada socialist o şəxasə deyirlər ki, sozializm məzhəbindədir və bu məzhəb də iki şüqqə münşəsdir ki, birinə qommunizm və o birinə sosiyalizm deyürlər”. Müəllif daha sonra izahatını daha da artırır.
Tədqiqat zamanı məlum oldu ki, “Moskovskie vedomosti” qəzetindəki materialda “sosialist” sözu РЕВОЛЮЦИОНЕР ( inqilabçı-N.N.)sözünün tərcüməsi kimi verilib. İzahat da Səid Ünsizadənindir.
Bizə elə gəlir ki, “sosialist”, “sosializm”, “kommunizm” sözlərini ilk dəfə Azərbaycan ədəbi dilinə gətirən Səid Ünsizadədir.
“Ziya” və onun davamı olan “Ziyayi-Qafqasiyyə” qəzetlərində belə “təsadüflər”in sayı çoxdur.
Yeri gəlmişkən qeyd edək ki, ədəbi dilimizə son iki əsrdə peyda olan alınma sözlərin əksəriyyəti dilimizə rus dili və ya rus dili vasitəsilə Avropa dillərindən keçən və ya keçirilən sözlərdir. Bu da bir siyasət idi. Ölkəyə qul olmaq siyasəti və ya ölkədə dil siyasəti.
XIX əsrin görkəmli şairi və pedaqoqu S.Ə.Şirvani (1835-1888) çar Rusiyasının yerlərdəki dil siyasətini başa düşürdü, xarici dilin öyrənilməsini günün vacib məsələlərindən biri kimi qiymətləndirir, gözlənilən çətinliklərdən çəkinə-çəkinə oğlu Mir Cəfərə nəsihət təriqilə yazırdı:
Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.
S.Ə.Şirvani çöx dil öyrənməyin vacibliyin başqa əsərlərində də dönə-dönə vurğulamış, poliqlotluğu ilə şagirdlərinə nümunə göstərmişdir.
Şair ata-baba dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl, şeir yazmaq dərəcəsində bilirdi, şagirdlərinə də çox dil bilməyin vacibliyini təlqin edir, onları dediyi sözün kəramətinə inandırırdı.
S.Ə.Şirvani əqidə və məslək dostu Səid Əfəndi Ünsizadənin 1884-cü ilin əvvəllərində Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvlüyündən azad olunaraq, öz doğma diyarına-Şamaxı Quberniya Məclisinin sədri vəzifəsinə təyin olunması münasibətilə 117 beytlik (234 misralıq) bir mədhiyyə yazır .
S.Ə.Şirvani tədqiqatlardan kənarda qalan bu şeirində Səid Ünsizadənin maarifçilik sahəsindəki xidmətlərini poetik ustalıqla sadalayır, onun dilçilik görüşlərini öyrənmək baxımından dəyərli olan 14 beytlik qitəsini vasitəsiz nitq şəklində qəsidəsinə yerləşdirir. Aydınlıq üçün qitə hesab etdiyimiz həmin şeirin bir neçə beytini nümunə göstəririk:
Biri vacib bizə bilmək vətəndə söylənən dildir,
Gərəkdir mətləbi biz eyləyək türkiylə ünvanı.
Biri həm rusidir ki bilməyi çoxlarə lazımdır,
Ticarətçün bilək,həm dərk edək zakuni-divani.
Zəbani -rusi bilmək, ya danışmaq qeyri-dillərdə
Şəriətdə bizə nəhy olmayıb, yox rəddi-bürhani.
Bu misraların dili mollaxana təhsili görmüş şagird üçün problemsiz, asan anlaşılan dildir.
M.Ə.Tahirzadə (sonralar Sabir, Hophop, Ağlar-Güləyən…) S.Ə.Şirvaninin dərs dediyi Şamaxı Məclis Məktəbinə mollaxanadan gəlmişdi. O, burada peşəkar tərcüməçi kimi klassik əsərlərdən etdiyi tərcümələrlə kamil sözü başa düşənlərin hamısının hörmətini qazanmış,diqqətini cəlb etmişdi.
S.Ə.Şirvanini qəsidəsində və S.Ünsizadənin bu qəsidəyə daxil edilmiş qitəsində tükdilli ədəbi dilimizin lüğət tərkibinin zənginliyi oxucunu valeh edir. Bu şeirlərin dilində rus mənşəli cəmi 11 söz var ki, onun da biri beş yerdə təkrarlanır.
S.Ə.Şivaninin “Hacı Səid Ünsizadəyə” adı ilə tanınan şeirində ərəb mənşəli sözlər daha çoxdur. Bunların çoxu islam mədəniyyəti, maarif və mədəniyyət məsələləri ilə ilgilidir. Azərbaycan mənşəli sözlər əsasən, saylar, əvəzliklər və hərəkət bildirən sözlərdir, fellərdir.
Şeirdəki alınma toponimlərin və tarixi şəxslərin, demək olar ki, hamısı müsəlman əhlinin anladığı və başa düşdüyü sözlərdir: Zeyd, Əmr, Musa, İmran, Yusif, Züleyxa, “Bustan”, “Gülüstan”, Loğman, Mustafa, Taha, Səid, İsa, İskəndər və s.
Müasir dövrdə şagirdlərin lüğət ehtiyatlarını alınma sözlər vasitəsilə zənginləşdirmək günün əsas tələblərindən biridir. Bu məqsədlə mövzulararası və fənlərarası inteqrasiyadan səmərəli və məqsədyönlü şəkildə istifadə etmək lazımdır. Orta məktəblərin yuxarı siniflərində qəzet leksikasının öyrənilməsinə xüsusi diqqət verilməlidir. Bu məsələni həll etmək heç də çətin deyil. İndi Azərvaycanda və digər türkdilli ölkələrdə poliqrafiya işlərinin geniş vüsət aldığı bir vaxtda müəllimlər həm ədəbi-bədii, həm də elmi-kütləvi jurnallarından səmərəli istifadə edə bilərlər.
Müasir məktəblərimizin hamısında şagidlərin çoxu ingilis dilində sərbəst danışdıqları üçün bəzi ədəbi materialların sinxron tərcüməsini səsləndirmək səmərəli nəticə verir.
Mən Bakıdakı Avropa Azərbaycan Məktəbində Azərbaycan dili və ədəbiyyatı kafedrasınınmüdiri və müəllimi vəzifsində işlədiyim illərdə IX sinif şagidlərinə xalq şairi Azərbaycanın Rəsul Rzanın (1910-1981) “Mən torpağam” seirini keçəndə, şagirdlər bu əsəri misralarının ahəngini və ritmini saxlamaqla ingilis və alman dillərinə sinxron tərcümə edilməsinə cəhd göstərdilər.Dərsi dinləyən ingilis dili müəllimləri tərcümələri bəyəndilər və sonralar ingilis dili dərslərində də bu fəaliyyət davam etdirildi.
Dərs vaxtı sinonim və antonimlərin düzgün seçimi həmişə belə fənlərarası inteqrativ dərslərin səviyyəsini yüksəldir, şagirdlərdə poetik düşüncə tərzinin formalaşmasına, ədəbi dilimizə keçən alınma sözlərin yaddaşda möhkəmlənməsinə şərait yaradır.
Azərbaycan dramaturqlarının bəzi əsərlərinin ingilis dilində səhnələşdirilməsi qarşılıqlı dil mühitinin formalaşmasına geniş imkanlar açır, lüğəvi və sintaktik vahidlərdən müqayisəli şəkildə öyrənilməsinə şərait yaradır. Yubiley tədbirlərinin keçirilməsində belə tədbirlərin təşkili məktəbdə bilinqivizm mühitinin formalaşmasını sürətləndirir.
Azərbaycan dili və ədəbiyyatı müəlliminin hər dərsinin alınma sözlərin izahına aid lüğəti olmalıdır. Bundan ən çox tərcümeyi-hal dərslərində istifadə etmək məsləhətdir. V-VII siniflərdə bu iş ən çox ərəb və fars mənşəli sözlər üzərində aparilmalıdır.
VIII sinifdə “Məhəmməd Füzulinin həyatı” mövzusunu keçərkən portret oçerkdə istifadə olunan bir sıra milliləşən alınmalar da mütləq izah olunmalıdır.
Oçerkdəki mükəmməl, mədrəsə, tibb, nəsr, nəzm, kamil, sənətkar, hökmdar, həyati, fikir, xoşbəxtlik, rüşvətxor kimi sözləri həm quruluşuna görə, həm də leksik mənasını görə incələmək gərəkli görünür. Sözün kök və şəkilçiyə, flektiv əlamətinə görə izah edilməsi də keçilən mövzunun əhəmiyyətini artırır, şagirdlərin həm elmi, həm də linqvistik düşünmə qabiliyyətini artırır.
XI sinifdə S.Vurğunun (1906-1956) tərcümeyi-halını keçərkən portret oçerkdəki rus və rus dili vasitəsilə dilimizə daxil olan sözün lüğəvi mənasını izah etməklə mövzunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsinə nail olmaq mümkündür. Görk üçün bu tipli sözlər ekranda işıqlandırılır. İzahat verdikcə, sözün lüğəvi mənasının şagirdlər tərəfindən tapılmasına bələdçilik edilir, şagirdlərə ekrandakı yazılar göstərilir: dramaturq, komsomol, poema, rayon, seminariya, fonar, dram, film, plan.
Alınma sözlərin lüğəvi mənasının belə təqdimat ilə öyrənilməsi tədris ili ərzihdə 500-600 sözün düzgün və hərtərəfli öyrənilməsinə, şagirdlərin milli düşüncə tərzinin düzgün formalaşmasına, onların lüğət ehtiyatlarının zənginləşməsinə yaxşı imkan və şərait yaradır.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq.
21.12.2017.

Bu xəbər oxucular tərəfindən 1042 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |