12.06.2012 [16:06] - İdman
Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazandığı Sloveniyanın Bled şəhərində növbəti uğura imza atıb. 22 yaşlı idmançımız 57-ci Beynəlxalq Reqatada qızıl medala sahib olub.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından çərşənbə axşamı verilən məlumata görə, seçmə yürüşdə kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov 2000 metr məsafəni 7 dəqiqə 58,11 saniyəyə qət edərək finişə hamıdan birinci çatıb. O, ən yaxın izləyicisi Qoran Şpaletanı (Xorvatiya) 10,20 saniyə qabaqlayıb.
Bu nəticə ilə avarçəkənimiz birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici yürüşdə təmsilçimiz 8 dəqiqə 12,31 saniyə nəticə ilə yenə birinci olub. Bu dəfə o, ikinci yeri tutmuş Rayko Hrvatı (Argentina) 12,95 saniyə üstələyib.
Qeyd edək ki, Aleksandr Aleksandrov London olimpiadasına lisenziyanı 2011-ci il dünya çempionatında 9-cu yerin sahibi kimi qazanıb.

Bu xəbər oxucular tərəfindən 1165 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |