25.12.2017 [10:43] - Gündəm, Türk dünyası-Turan
İraq Kərkükdən Türkiyənin Ceyhan limanına qədər uzanacaq yeni neft boru kəmərinin inşası üçün şirkətləri tenderdə iştiraka dəvət edir.
İraqın “Oil Projects Company” dövlət neft şirkəti 350 kilometr uzunluğunda olacaq yeni neft boru kəmərinin gündəlik 1 milyon barrel neft nəql edilə biləcəyini açıqlayıb. Neft boru kəmərinin inşasında maraqlı olan şirkətlər yanvarın 24-dək İraq tərəfinə müraciət etməlidirlər.
Hələlik biznes planı açıqlanmayan layihə tik-idarə et-geri qaytar şəklində həyata keçiriləcək.
Qeyd edək ki, Kərkükdən Ceyhana uzanan mövcud neft boru kəmərinin sutkalıq gücü 1,4 milyon barrelə çatır. Lakin, İŞİD-in hücumları səbəbindən 2014-cü ilin əvvəlindən bəri boru kəməri istifadə edilmir və təmir olunmur. Buna görə də, İraq bu xəttə paralel olaraq yeni boru kəməri inşa edəcək. Kərkük neftini Ceyhan limanına daşıyacaq bu boru kəməri Salahaddin vilayətindən başlayıb Kərkük və Mosulda keçməklə Duhokun Fişhabur bölgəsindən Türkiyəyə keçəcək.

Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |