25.12.2017 [12:28] - Gündəm, Hadisə
Filippində 200 nəfərdən artıq insanın ölümü ilə nəticələnən “Tembin” qasırğasının Vyetnama yaxınlaşması səbəbindən ölkənin cənubunda yaşayan 650 min nəfərə qədər insan təxliyə edilib.
AZƏRTAC “VnExpress” qəzetinə istinadla xəbər verir ki, Vyetnamın Baş naziri Nquen Suan Fuk cənub vilayətlərinin yerli hakimiyyət orqanlarından qasırğaya hazır olmağı və müvafiq tədbirlər görməyi tələb edib. Əsasən də hərbçiləri, polisləri səfərbər etmək, həmçinin təhlükəli ərazilərdə yaşayan insanların təxliyəsi barədə tapşırıqlar verib.
Bu gün axşam saatlarında Vyetnam ərazisinə çatacağı gözlənilən qasırğa hazırda saatda 25 kilometr sürətlə ölkənin cənub sahillərinə yaxınlaşır. Qasırğanın mərkəzində küləyin sürəti saatda 135 kilometrə çatır.

Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |