12.06.2012 [18:07] - Sosial
Xoş təsadüflər bəzən jurnalistin yaddaşında silinməz izlər buraxır. Parlament Jurnalistlər Birliyinin mayın 28-də Respublika Gününü Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cümhuriyyətin ilk paytaxtımızda keçirmək təşəbbüsünə icra başçısı Elmar Vəliyevin razılıq verməsi də həmin təsadüflərdən biri idi. Məhz o ikimərtəbəli, qırmızı kərpicdən olan iqamətgahda – bugünkü Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında Respublika Günü münasibəti ilə düzənlənən elmi-praktiki konfransından sonra bu təhsil ocağının rektoru Mirdamət Sadıqovun jurnalistləri Cümhuriyyət Muzeyinə dəvət etməsi və həvəslə müşayiət etməsi bir yana, həm də ən xırda eksponatın tarixçəsi haqda təfsilatlı bilgi verməyə çalışması açığı bu sətirlərin müəllifini də xeyli duyğulandırmışdı.
Həmkarlarımın başı muzeyin eksponatları ilə daha yaxından tanış olmağa qarışmasını qənimət bilib Mirdamət Sadıqovla ayaqüstü kəlmə kəsdik. Razılaşdıq ki, tezliklə yenidən Gəncəyə dönüm və rəhbəri olduğu təhsil ocağındakı yeniliklər ətrafında onunla geniş söhbətləşim. Belə bir dəyərli ziyalıdan, ölkənin ən tanınmış universitetlərindən birinin rektorundan müsahibə götürməkdən hansı jurnalist vaz keçərdi ki?
Yeri gəlmişkən, elə Mirdamət Sadıqov da muzeydəki söhbətimizin gedişində rəhbəri olduğu universitetin elmi-pedaqoji potensialından ağızdolusu danışaraq az qala gileylənmişdi ki, “Siz jurnalistlər elə bilirsiniz ki, Bayıldan bu tərəfdə elm yoxdur...”
Budur, verdiyim vədə xilaf çıxmayıb yenidən Gəncəyə təşrif buyurmuşam. Dövlət Aqrar Universitetinə çatar-çatmaz Mirdamət müəllimə zəng vurub gəldiyimi xəbər verirəm. Namünasib vaxt olsa da (bir neçə saatdan sonra universitetin Elmi Şurasının iclasıdır və rektorluqda basabasdır) tərəddüd etmədən məni qəbul edir və bir neçə dəqiqəlik söhbətdən sonra razılaşırıq ki, müsahibədən əvvəl universitetdəki yeniliklərlə bağlı özüm bütün korpusları gəzərək müşahidələr aparım, təəssüratlarımı qələmə aldıqdan sonra münasib bir vaxtda yenidən görüşək.
Beləcə, universitetin mətbuat şöbəsini rəhbəri Qalib Rəhimlinin müşayiəti ilə bir vaxtlar hamımızın “ASXİ” kimi tanıdığımız bu təhsil ocağının korpuslarını gəzməyə başlayırıq. Öncə aqronomluq fakültəsinin yerləşdiyi korpusu gəzirik. Bizi müşayiət edən Ümumi Əkinçilik Genetika-Seleksiya kafedrasının müdir müavini Gündüz Qurbanov akademik İman Mustafayev adına laboratoriya ilə tanış edir, onun seleksiya sahəsində dünyanın ən tanınmış alimlərindən biri olduğunu deyir. G.Qurbanov bildirir ki, İ.Mustafayev bu təhsil ocağının ilk məzunlarından olub və 1934-cü ildə onun adına verilmiş diplomu, eyni zamanda onun bir sıra şəxsi əşyalarını bizə göstərir. İ. Mustafayev Azərbaycanda ilk ekspedisiya yaradan alim kimi də tarixə düşüb. Bu ekspedisiyalar zamanı alimin istifadə etdiyi alətlər də həmin mini-müzeydə nümayiş etdirilir.
Masanın üstündə üç müxtəlif qabda qoyulmuş çörək diqqətimizi cəlb edir və Qurbanov deyir ki, bunlar İ.Mustafayevin əldə etdiyi buğda sortlarından bişirilib. Məlumat verilir ki, tələbələr dərslərini bu kabinetdə keçirlər və bütün tədris prosesi xüsusi proyektorlarla interaktiv üsullarla keçilir. Faiq Məmmədovun adına olan laboratoriyaya daxil oluruq. Kabinetin qapısının yanında xüsusi lövhədə “Azərbaycanın əməkdar aqronomu, kənd təsərrüfatı elmləri doktoru, əkinçilik üzrə ilk azərbaycanlı professor” sözləri yazılıb. Bu kabinet də yüksək zövqlə yenidən qurulub, müasir təmir və tədris avadanlıqları ilə təchiz olunub. Açığı, gördüklərimdən heyrətimi gizlədə bilmirəm və bildirirəm ki, ölkənin heç bir universitetində belə bir şey yoxdur. Genetika laboratoriyasına keçirik, içəridəki səliqə-sahman, stolun üstündə ondan yuxarı bahalı mikroskop adama “gəl-gəl” deyir.
Növbə seleksiya laboratoriyasınındır, burada Azərbaycanda əldə edilən və yetişdirilən bütün buğda sortlarının nümunələri saxlanılır. Qarğıdalının və bir çox dənli bitkilərin, soya və paxlalı bitkilərin də bir çox nümunələri xüsusi şkaflarda saxlanılır və tələbələr dərs zamanı onlardan əyani vəsait kimi yararlanırlar. Pambıqçılıq laboratoriyasında da oxşar mənzərədir və içəri girən kimi Azərbaycanda yetişdirilən bütün “ağ qızıl” sortlarının nümunələri nəzərə çarpır. Fürsətdən istifadə edərək bizi laboratoriya ilə tanış edən aqronomluq fakültəsinin dekan müavini Xalıq Xəlilovdan son zamanlar Azərbaycanda pambıqçılığın inanılmaz dərəcədə zəifləməsinin səbəbini və bu azalmada pambıq sortlarının “günahı” olub-olmadığını soruşuram. Dekan müavini deyir ki, pambığın 35 növü var, onların 5-i mədəni, yerdə qalanlarsa yabanı və yarımyabanı növləridir. Samux rayonunda ayrıca Pambıqçılıq İnstitutu yerləşir və orada Azərbaycan iqliminə uyğun yeni sortlar əldə edilir.
Keçmiş SSRİ-də ən qabaqcıl pambıqçılıq respublikası olan Özbəkistanda əkilən sortların Azərbaycan iqliminə uyğunlaşdırmaq olarmı?
Bu sualıma cavab verən dekan müavini deyir ki, Orta Asiyada günəşli günlərin sayı bizdəkindən çox olduğundan orada zərif lifli pambıq sortları yetişdirilir və bizdə bunu yetişdirmək mümkün olsa da son meyvəni əldə etməyə vaxt çatmır.
Bitki mühafizəsi laboratoriyasında da oxşar mənzərə ilə rastlaşırıq. Divar boyu şkaflarda minlərlə zərərverici həşərat qurudularaq əyani vəsait kimi tələbələrə göstərilir. Bitkiçilik və bitki mühafizəsi kafedrasının müəllimi Nəzakət İsmayılzadə bizə məlumat verir ki, həmin zərərvericilər laboratoriyada olan müasir mikroskoplarla öyrənilir və tələbələr həmin nümunələrdən dərs vəsaiti kimi istifadə edirlər. Deyir ki, Azərbaycanda əkinçilikdə mövcud olan bütün zərərvericilərin nümunələrini burada tapmaq olar.
Bir-birinin ardınca aqrometeorologiya və mikrobiologiya laboratoriyalarındakı şəraitlə, əyani və texniki vəsaitlərlə tanış oluruq. Bir anlıq adama elə gəlir ki, hansısa nüfuzlu Qərb universitetlərinin laboratoriyasındadır. Əlbəttə, sadəcə fərli tələbə lazımdır ki, burada yüksək təhsil alıb millətinə, dövlətinə layiq vətəndaş kimi yetişsin. Mikrobiologiya laboratoriyasının girişindəki lövhədə “Azərbaycanın ilk qadın akademiki, biologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi akademik Validə Tutayuk” sözləri yazılıb. Laboratoriyadan çox muzeyi xatırladan otaqla bizi biologiya kafedrasının müdiri, Validə xanımın tələbəsi olmuş Zaur Hümbətov tanış edərək bildirir ki, bu, Validə xanım oturduğu otaqdır. Kafedra müdiri bildirir ki, Validə xanım əslən şuşalıdır və Şuşa bəylərinin qızlarındandır. Validə xanımın bacısı Fatma xanım da Azərbaycanın dəyərli ziyalılarından olub. Validə Tutayuk uzun müddət Botanika İnstitutunun direktoru və Azərbaycan botanikasının yaradıcılarından biri olub. O bitki anatomiyası üzrə dünyanın ən sanballı alimlərindən biri olub. Akademik Jukovskinin tələbəsi olan Validə xanımın bir neçə əsəri xarici dillərə tərcümə edilib və bu gün də dərs vəsaiti kimi istifadə olunur. Zaur Hümbətov divarda xarı bülbülün şəklini göstərərək bildirir ki, xarı bülbülü dünyada ilk dəfə tanıdan, onun anatomiyasını, bioekoloji xüsusiyyətlərini ortaya qoyan alim Validə xanım olub. Kafedra müdiri deyir ki, qarşıdan Validə xanımın anadan olmasının 100 illiyi gəlir və dövlət səviyyəsində qeyd ediləcək. Z.Hümbətov botanikanın ən çətin sahələrinin tədqiqatçısı olan Validə xanımın Çinin o vaxtkı lideri Mao Tszedunun da qəbulunda olduğunu və Çin lideri tərəfindən əməyinə yüksək qiymət verildiyini deyir. Onu da öyrənirik ki, Validə xanımın doktorluq dissertasiyası çiçəklərdə baş verən eybəcərliklər, çoxləçəklilik olub. Z.Hümbətov deyir ki, qərənfil gülündəki çoxləçəkliliklər də ekoloji disbalansın əlaməti olan eybəcərlikdir.
Mehdi Mustafayev adına meşəçilik auditoriyasına keçirik. Auditoriyanın girişində “Görkləmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayev” sözləri yazılıb. Mənə məlumat verilir ki, onun adına təqaüd verilir və ümumilikdə bu Universitetdə Nizami, akademik Həsən Əliyev, akademik Məmmədtağı Cəfərov və akademik Mehdi Mustafayev adına təqaüdlər təsis edilib.
Torpaqşünaslıq və geologiya muzeyində 6 min daş nümunəsi saxlanılır. Akademik Həsən Əliyev adına ekologiya və təbiəti mühafizə muzeyinə baxırıq.
Bizi mühazirə keçirilən auditoriyalara baxmağa dəvət edirlər. Demək olar ki, bütün mühazirə zalları istisnasız olaraq proyektorlarla təchiz olunub və mühazirələr interaktiv üsulla aparılır. Müəllim özü hazırladığı əyani materialları ekran vasitəsilə tələbəyə asanlıqla çatdıra bilir.
Meyvəçilik laboratoriyasına daxil oluruq. Kafedranın professoru, kənd təsərrüfatı elmləri doktoru Zaur Həsənov deyir ki, xalqın genefondu dağılıb gedir, onu qorumaq üçün biz respublikanın müxtəlif yerlərində milli sortlarımızı yığıb toplayaraq genefond yaradırıq. Professordan geni dəyişdirilmiş məhsulların yerli sortlardan daha məhsuldar olması səbəbini soruşuruq. Deyir ki, geni dəyişdirilmiş sortlar bir qayda olaraq müxtəlif həşəratlardan, heyvanlardan götürülür. Məsələn, uzun müddətli quraqlığa davamlılıq üçün əqrəbin genindən istifadə olunur. Bitkinin rütubətə dözümlülüyünü artırmaq üçün ilbizin “xidmətindən” istifadə olunur. Professor deyir ki, banan yetişdirilən ölkələrdə bu məhsulların maksimal uzunluğu 15 sm və saxlama müddəti maksimum sutka yarım olduğu halda ona geni dəyişdirilmiş komponentlər vuraraq həm həcmini, həm saxlama müddətini artırılır. Z.Həsənov deyir ki, qlobal iqlim dəyişikliklərinin fəsadları yüzlərlə nadir meyvə sortlarımızın məhv olmasına səbəb olub və onları axtarıb tapıb ikinci həyat vermək üçün çalışırlar. “Son zamanlar şabalıd bağları sürətlə quruyur və yalnız bir-iki sort var ki, onlar iqlim dəyişikliklərinə müqavimət göstərirlər. Bax həmin sortlardan çiliklər kəsərək ayrıca yetişdirir və tingçilik təsərrüfatlarına veririk”. Professor deyir ki, tələbələrinin köməyi ilə Azərbaycanı dolaşaraq armudun 42 sortunu tapa biliblər və onların 20-si milli sortlardır. Professor onu da deyir ki, bədnam qonşularımız təkcə mahnılarımıza, mətbəximizə yox, meyvə sortlarımıza da sahib çıxmaq istəyirlər.
Meyvəçilik, tərəvəzçilik və üzümçülük kafedrasının müdiri, əməkdar müəllim, professor Famil Şərifovdan soruşuruq ki, niyə Fransadan, İtaliyadan baha qiymətə üzüm tingləri gətirilir, bunları öz ölkəmizdə yetişdirmək olmazmı? Deyir ki, sualınız respublika üzümçülüyünün ən yaralı yeridir. Deyir ki, bu barədə dövri mətbuatda dəfələrlə çıxış edib, təəssüüf ki, respublikada üzümçülük sahəsindəki siyasət elmi xarakter daşımır. “Çünki respublikamızda calaq ting istehsalı yoxdur. İndi üzümçülüyün inkişafına dair dövlət proqramı qəbul olunub, ancaq əkin materialı yoxdur. Ona görə də yubanmadan əkin materialı istehsalına başlanılmalıdır. Artıq İtaliya ilə müqavilə bağlanıb və onlar Azərbaycanda calaq ting istehsalı üzrə müəssisə yaradacaqlar. Ancaq gecikirik. Bunun da səbəbi var və bu sahəyə cavabdeh olanlar açığı demək lazımdır ki, bu işə son dərəcədə soyuq yanaşır. Əgər bu gün üzüm tingləri Fransadan, İtaliyadan bir dollar iki sentə gəlirsə, onu burda 20 qəpiyə istehsal etmək olar. Xaricdən ting gətirməyin böyük bir problemi də yerli sortların sıxışdırılıb çıxarılmasıdır. Belə getsə, vaxt gələcək biz öz sortlarımızı çıraqla axtarmalı olacağyıq”. Professor deyir ki, dövlət bu sahəyə kifayət qədər sərmayə ayırıb və onun cüzi bir hissəsini ekspedisiyalara ayırmaq lazımdır. “Həmçinin xaricdən gələn sortlar özüylə Azərbaycanda olmayan çox qorxulu xəstəliklər və zərərvericilər gətirir. Biz onları tanımırıq. Açığı demək lazımdır ki, bizim üzümçülükdəki zərərvericilər sahəsində elmi biliklərimiz də lazımi səviyyədə deyil”.
Söhbətimizin sonunda Famil müəllim bizi həyətdəki üzüm sahəsinə aparır və məlumat verirlər ki, onun əkdiyi üzüm sortları bir ilə məhsul vermək qabiliyyətinə malikdir.
İqtisadiyyat fakültəsindəyik. Bu bina 1848-ci ildə tikilib və Gəncənin tarixi abidələrindən biridir. Son 20 ildə burada heç bir təmir işi yox idi. İndi isə burada keyfiyyətli təhsil üçün hər cür şərait yaradılıb.
Mətbuat şöbəsinin rəhbəri, həmkarım Qalib Rəhimli deyir ki, əvvəllər universitetin 5-6 sınıq-salxaq kompüteri olub və Mirdamət Sadıqov gəldikdən sonra 600-dən yuxarı kompüter dəsti tələbələrin və professor-müəllim heyətinin sərəncamına verilib. Eyni zamanda hər bir tələbə ayda cəmisi 10 manat ödəməklə istədiyi kompüterə, noutbuka sahib ola bilər. İqtisadiyyat fakültəsindən çıxıb Aqrotexnologiya fakültəsinə gedirik. Dekan, professor Elman Mövsümov bizi həyətdəcə qarşılayır və yaradılmış şəraitdən ağızdolusu danışır. Yeni rektorun fəaliyyətini xeyirxahlıq, millətə xidmət kimi qiymətləndirən Elman müəllim deyir ki, M. Sadıqovun babası Cümhuriyyət dövründə Gəncənin axundu olub və Nuru Paşa Azərbaycana gələndə onu qarşılayanlara rəhbərlik edib, türk ordusunun gəlişinə xeyir-dua verib. Dekan binanı göstərərək deyir ki, 1840-cı ildə tikilib və qadın gimnaziyası kimi fəaliyyət göstərib. Son illər baxımsızlıqdan uçma təhlükəsi ilə üzləşən bina yenidən bərpa olunaraq əvvəlki görkəmi saxlanmaq şərti ilə konstruktiv elementlərlə möhkəmləndirilib. Fakültə binasının yaxınlığında distant təhsil müəssisəsi var və bir az aralıda Azərbaycan universitetlərində rast gəlinməyən internet – kafe fəaliyyət göstərir və tələbələr bu imkanlardan tam pulsuz istifadə edirlər. Kafeyə daxil olub şəraitlə tanış oluruq. Qalib Rəhimli onu da bildirir ki, universitetdə elektron kitabxana fəaliyyət göstərir və tələbələr istədikləri ədəbiyyatı ordan asanlıqla əldə edə bilirlər. Nə deyəsən, sadəcə heyrətlənməmək mümkün deyil...
Baytarlıq fakültəsinin yerləşdiyi korpusa də ayaqüstü baş çəkirik. Bir daha əmin oluruq ki, burdakı şərait dünyanın ən nüfuzlu universitetlərindən geri qalmır və tələbələrin biliklərə yiyələnməsi üçün demək olar ki, hər şey var. Eləcə də Aqromühəndislik fakültəsində oxşar mənzərədir. Bir sözlə, jurnalist marağından irəli gələn “əmma” axtarılası nəsə tapmaq bir qədər müşküldür...
Dəyərli oxucu, səni yorduğum üçün üzgünəm. Ancaq tək bir təsəllim məmləkətin ikinci paytaxtında gerçəkdən milli iftixarımız hesab olunası, gələcəyimizə bir mayak kimi işıq saçmaq gücündə olan elm-təhsil ocağının mövcudluğunu diqqətinə çatdırmağımdır. Əlbəttə, kimlərsə bu yazıya dodaq da büzəcək və jurnalist təəssüratlarımın heç də reallığı əks etdirmədiyini iddia edəcək. Qoy olsun, təki sən aldanma və yazdıqlarımın səmimiliyinə inan. Ancaq yüz eşitməkdən, oxumaqdansa bir dəfə öz gözünlə görməyin daha yaxşı olardı. Tam əminəm ki, sən də bu sətirlərin müəllifi kimi sevincini paylaşmağa adam axtaracaqsan. Çünki gerçəkdən Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində tamam fərqli təhsil standartları formalaşmaqdadır. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetdəki maddi-texniki bazanın, tədris prosesindəki şəffaflığın, qiymətləndirmə meyarının ədalətə söykənməsinə şəkk yoxdur. Ümid etmək istərdik ki, ölkənin digər ali məktəbləri də bu ənənəni davam etdirsin və millətin gələcəyi hesab olunan təhsil sistemimiz həqiqətən də zülmət gecələrimizə şəfəq salsın...
Zülfüqar Hüseynzadə

Bu xəbər oxucular tərəfindən 1429 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |