25.12.2017 [12:29] - Gündəm, Hadisə
Dekabrın 25-də səhər saatlarında terrorçu kamikadze Əfqanıstanın paytaxtı Kabildə kəşfiyyat xidməti binasının girişində partlayış törədib.
TASS informasiya agentliyi xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, iki nəfər isə yaralanıb. Həlak olanlar arasında bir polis və bir hərbçi də var. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Xatırladaq ki, 2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması aktiv fəaliyyət göstərir.

Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |