25.12.2017 [13:07] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Mehman Əliyev: “Köhnə kadrların yeniləri ilə əvəzlənməsi prosesi gedəcək”;
Fərəc Quliyev: “Gələn il bir sıra dəyişikliklərin baş verməsi gözləniləndir”
Azərbaycan son Yeni il həftəsinə qədəm qoyub. Bir həftədən sonra ölkəmiz üçün mühüm hadisələrlə yadda qalması gözlənilən 2018-ci il gəlir. Gələn ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin olacağını düşünsək, daha çox siyasi proseslərlə zəngin bir ilin bizi gözlədiyini təxmin etmək olar.
Əsas diqqət siyasi, iqtisadi, sosial yönlərdə ola biləcək dəyişikliklərə yönəlib. Ölkə iqtidarının seçki ilində bu istiqamətlərdə köklü dəyişikliklərə gedib-getməyəcəyi indidən suallar doğurur. Siyasi şərhçilər hakimiyyətin seçkilərə qədər ciddi kadr dəyişiklikləri edə biləcəyinin anonsunu verməkdədirlər. Xüsusilə, əsas dövlət strukturlarında belə dəyişikliklərin olacağı, bir çox iri ranqlı məmurların vəzifələri ilə vidalaşacaqları deyilir.
Lakin bunun əksini deyən şərhçilər də az deyil. Onlar düşünürlər ki, iqtidar ən azından seçkilərə qədər komanda daxilində narazılıqların olmaması, bunun seçki prosesinə təsir etməməsi üçün dəyişikləri yubadacaq. 2018-ci ilin son iki ayının bu yöndə çoxsaylı sürprizlərlə zəngin olacağı proqnozlaşdırılır. Hakim komanda daxilində seçkilərlə bağlı müəyyən fikir ayrıqlarının olmasının da burada mühüm rol oyanacağı vurğulanır.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, islahatlarla bağlı 2018-ci ildə daha çox bəyanatlar ola bilər: “Hansısa bir anons verilə bilər. Açığı, seçkilərdən əvvəl ciddi islahatların olacağını gözləmirəm. Amma anonsların səslənməsi olacaq. Kadr islahatlarında düşünürəm ki, davamlı dəyişikliklər olacaq. Əsasən, yeni kadrlar I vitse-prezidentin ətrafında toplaşacaq. Onun komandasının formalaşması davam edəcək, bu komandanın üzvləri mühüm vəzifələrə gətiriləcək. Getdikcə köhnə kadrların yeniləri ilə əvəzlənməsi prosesi gedəcək. Əsasən seçki hazırlığı və hakimiyyətin seçicilərin rəğbətini qazanmaq üçün fəaliyyətlərinin şahidi olacağıq. İş adamları üçün şəraitin yaxşılaşdırılması və Qərblə münasibətlərin normallaşdırılması istiqamətində də işlər görüləcək. Vətəndaş cəmiyyəti ilə münasibətlərin normallaşdırıması istiqamətində də fəaliyyətlər ola bilər, yəni siyasi məhbusların azadlığa buraxılması, müəyyən qərarların qəbulu, ictimai təşkilatlara işləmək şəraitin yaradılması və digər addımlar atıla bilər. Bunların hamısı hesab edirəm ki, gələn il olacaq”.
M.Əliyev konkret hansı müddətdə dəyişikliklər gözlədiyini də açıqladı: “Düşünürəm ki, gələn ilin əvvəllərindən bu proses gedəcək. Bizdə iki ay əvvəldən seçki prosesi başlayacaq. O vaxta qədər yeni siyasətin kontrolları formalaşmalıdır ki, seçicilər hazır olsunlar, yəni kimə səs verəcəkləri yaxud seçkilərdə iştirak edib-etməyəcəkləri barədə. Burada əsas vacib olan Qərbin hakimiyyətə seçki prosesində dəstək verib-verməyəcəyi olacaq. Bu baxımdan yaya qədər proseslər sürətli şəkildə getməlidir. Müxtəlif faktorlar var ki, hakimiyyətə seçkilərə qədər ciddi problemlər yarada bilər. Son zamanlar neftin qiymətinin düşə biləcəyi ehtimalları səslənir. Əgər belə bir vəziyyət yaranarsa, Azərbaycanda üçüncü devalvasiya dalğası qaçılmaz olacaq. Bu da cəmiyyətdə ciddi gərginliklə nəticələnə bilər. Bunları hakimiyyət başa düşməmiş deyil. Belə hallarda isə cəmiyyətlə münasibətlərin qurulması çox vacib olur. Əslində ciddi dəyişikliklər prezident seçkilərindən sonra görünür. Seçkidən qabaq hesab edirəm ki, seçkiyə gedən komandanın müəyyən dərəcədə yenidən qurulması, oturuşmuş şəkildə proseslərə qatılması daha vacibdir. Çünki hakimiyyətin daxilində fərqli baxışlar var. İqtidara vacibdir ki, seçkilərə qədər bu problemləri aradan götürsün. Prezidentin özümü seçkilərə gedəcək, bu barədə nəsə söyləmək çətindir. Amma özü gedə bilər. Hesab edirəm ki, proseslər daha çox I vitse-prezidentə işləyəcək. Hər şey şəraitdən asılı olacaq. Vəziyyət o qədər də qənaətbəxş deyil. Son zamanlar bank sistemində baş verənlər, sosial-iqtisadi durumun gərginləşməsi bunu deməyə əsas verir”.
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev gələn ilin çox əhəmiyyətli il olduğunu söylədi: “Artıq hər kəs Qarabağın bu şəkildə qalması ilə razılaşmır. Bu baxımdan gələn ildə bir qədər fərqli siyasət yürüdülməsi gərəkdir və yəqin bu siyasət yürüdüləcək. Yeni layihələrin həyata keçirilməsi lazımdır, bunun üçün də ciddi kadr islahatları gərəkir. İdarəetmədə çeviklik yaradılır. Müəyyən yeni , gənc, çevik kadrların iş başına gətirilməsi həm yaxşıdır, həm də zərurətdur. Müəyyən nazirliklərin buraxılması, yeniləri ilə birləşdirilmələri və bu kimi atılan addımlar davam etməlidir. Bundan əlavə, karyeraları ərzində bir çox zədələnmiş məmurlar var ki, artıq onlar vəzifələrindən getməyə başlayıblar, bu proses də davamlı olmalıdır. Çevik islahatlar üçün yaxşı bir komandaya ehtiyac var. Bu baxımdan gələn il bir sıra dəyişikliklərin baş verməsi gözləniləndir. Gələn il seçki ilidir, bütün siyasi çevrədə canlanma olacaq. Vitse-prezidentlər postu hələ ki bir təyinatlı olub. Nazirlər Kabinetinin qalıb-qalmaması məsələsi belə, müzakirə oluna bilər. Çünki paralel struktur təsiri bağışlayır. Xeyli işlər var. Aylara bölmürəm, amma kadr dəyişikliklərinin olması gözləniləndir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |